Sertifikasiyanın müsahibə mövzuları AÇIQLANDI  

15 Avqust 2024, 15:20
Sertifikasiyanın müsahibə mövzuları AÇIQLANDI  

Müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə aid Azərbaycan və rus bölmələri üzrə mövzular hazırlanıb.

 

Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən AzEdu.az-a bildirilib ki, müəllimlər “miq.edu.az” saytına və ya “portal.edu.az” platformasına daxil olaraq hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər.

 

Xatırladaq ki, müsahibə zamanı müəllimlər müvafiq komissiya tərəfindən proqram üzrə mövzunu təqdimetmə, şagirdləri qiymətləndirmə, özünü təqdimetmə, pedaqoji prosesi təşkiletmə və ünsiyyət bacarığı meyarları üzrə qiymətləndiriləcəklər.

 

Azərbaycan bölməsi 

Rus bölməsi 

Son xəbərlərDaha çox