Azedu.az

Daxili Qoşunların əsgəri xəstəlikdən vəfat edib

15 Avqust 2024, 12:44
Daxili Qoşunların əsgəri xəstəlikdən vəfat edib

Daxili Qoşunların hərbi qulluqçusu Qurbanov Sərxan Nəriman oğlu xəstəlikdən vəfat edib.

 

AzEdu.az xəbər verir ki, DQ-nin Hacıqabulda yerləşən hərbi hissəsində xidmət edən əsgər, Xaçmaz rayonunun Qıraqlı kənd sakini, 2006-cı il təvəllüdlü Sərxan Qurbanov avqustun 14-də dünyasını dəyişib.

 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumatı təsdiqləyiblər.

 

DİN hərbi qulluqçunun ailəsinə və yaxınlarına başsağlığı verib.

TƏCİLİ! Gərnginlik dayanmır - İran PUA-larla vurulur
Son xəbərlərDaha çox