Kollec məzunu MİQ üzrə müsahibədən uğurla KEÇDİ – “Təcrübəli bir müəllim olacam”

14 Avqust 2024, 13:21
Kollec məzunu MİQ üzrə müsahibədən uğurla KEÇDİ – “Təcrübəli bir müəllim olacam”

Xəbər verdiyimiz kimi, bu gündən etibarən müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsinə start verilib. 

 

Müsahibə mərhələsinin ilk günündə riyaziyyat, informatika, musiqi, rus dili, fransız dili, texnologiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə müsahibələr təşkil olunub.

 

Müsahibəni uğurla başa vuran namizədlərdən biri Həmidə Qasımovadır. 

 

AzEdu.az Təhsil Portalının əməkdaşı Həmidə xanımla həmsöhbət olub. 

 

O qeyd edib ki, MİQ-in test imtahanı mərhələsindən yüksək nəticə göstərərək rayon üzrə birinci olub:

 

"Mən, Qasımova Həmidə Əlişir qızı. Ağdaş Dövlət Humanitar kollecinin Texnologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. 2023-cü ildə müqavilə ilə bir il müəllim kimi fəaliyyət göstərdim. 2024-cü ildə yenidən müəllimlərin işə qəbulu imtahanında iştirak edərək 87,50 bal topladım və rayon üzrə birinci oldum. Bu gün artıq müsabiqədən uğurla keçən namizədlərdən biriyəm! Müsahibədə texnologiya fənni üzrə muncuqdan Azərbaycan xəritəsi düzəltmişdim. Həmin xəritəni elə sonda komissiya üzvlərinə hədiyyə etdim".

Açıklama yok.

 

H.Qasımova qeyd edib ki, müsahibə mərhələsində ona ünvanlanan suallar asan idi:

 

"Uzun müddətdir ki, müsahibə üçün hazırlaşırdım. Əsasən şagirdin qiymətləndirilməsi, eləcə də Nazirliklə, Bayraq günü ilə bağlı suallar verdilər.

Qeyd edim ki, test imtahan mərhələsində ixtisasdan olan bütün sualları düzgün cavablandırmışdım. Bundan sonra təcrübəli müəllim kimi həyatıma davam edəcəm".

 

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsahibələr avqustun 22-dək davam edəcək. 

Son xəbərlərDaha çox