Hələ ixtisas seçimləri başlamadan, “Abituriyent 4” jurnalı nəşr olunmadan, plan yerləri çıxmadan bir sıra şəxslər abituriyentlər üçün seçimlər edirlər.
Bəs, görəsən, bu seçimlər nə qədər uğurludur? Bu kimi seçimlər edən şəxslərə güvənmək olarmı?
Mövzu ilə əlaqədar təhsil eksperti Adil Vəliyev AzEdu.az-a açıqlama verib.
“Dünən bir abituriyentin ixtisas seçiminin edildiyi bir vərəq bizə təqdim olundu. Məlum oldu ki, seçimi edən şəxs sosial şəbəkələrdə özünə səhifə açaraq ixtisas seçimi ilə məşğul olduğunu bildirir. Təəssüflər olsun ki, valideynlərin bir çoxu bu cür “kələkbazlar”a inanırlar.
İki vacib məlumat var ki, onlar olmadan ixtisas seçiminin edilməsi doğru deyil. Bunlardan birincisi statistik məlumatlar, ikincisi isə plan yerləridir.
Bəzi ixtisas seçimi edənlərə abituriyentlər öz ixtisas qrupları barədə suallar veriblər və təəssüf ki, həmin şəxslər onları yanlış məlumatlandırırlar. Həmin şəxslər hələ son 2 ildəki dəyişikliklərdən belə məlumatları yoxdur.
Valideynlərə məsləhət görərdim ki, ixtisas seçimi etməzdən qabaq, seçimi edəcək şəxslərin harada işlədiyini, bu sahədə neçə ildir məşğul olduğunu, uğurlarını araşdırsınlar. Bu məlumatları tam dəqiqləşdirmək lazımdır ki, ali məktəblərə qəbulun ən vacib mərhələsi olan ixtisas seçimində yanlışlıqlara yol verilməsin".
kitabı