Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-23 08:51:40
Günorta üçdən sonra qaranlıqda "boğulan" Oslo Universiteti - Tələbəsi danışır

Hazırda Azərbaycan Dillər Universitetində filologiya fakültəsində dosent əvəzi işləyən Səyanə Mövsüm bir zamanlar tələbəsi olduğu Norveçib Oslo Universiteti haqqında çox maraqlı faktları qeyd edib. 

AzEDU. az dünyanın ən güclü universitetlərindən birini elə oranın sabiq tələbəsinin dili ilə oxuculara tanıdacaq:

Oslo universiteti…

Oslo Universiteti Skandinaviyada aparıcı universitetlərdən biri sayılır və ardıcıl olaraq “Dünya Universitetlərinin Akademik Reytinqi” tərəfindən tərtib onlunan dünyanın 100 top ali məktəblərinin  siyahısında yer alır. 2009-cu ildə o Norveçdə birinci, Şimali Avropa ölkələrində isə üçüncü, Avropada 18-ci və dünyada 65-ci ən yaxşı universitet elan olunub. “Universitetin kitabxanaları, laboratoriyaları, təhsil sistemi yüksək səviyyədə və tam fərqlidir. Müxtəlif  korpuslardan ibarətdir. Bildiyiniz  kimi Skandinaviya  ölkləri şimalda  yerləşdiyinə görə, xüsusilə Norveç çox soyuq olur. Buranın havası çox  dəyişəkdir. Amma buna baxmayaraq, yaşıllıqların içində mütaliə edib, imtahanlara hazırlaşmaq və s. bunları xatırladıqca üzümdə təbəssüm yaranır.

Gənclər əylənən zaman…

Burada tələbələr müxtəlif fənnlər üzrə təhsil alırlar. İki ölkəni müqayisə etsək, Azərbaycanlı və xarici tələbələr  arasında  çox  böyük fərqi görə bilərik. Ən birincisi burada  orta  məktəbi bitirən şagirdlərin “mütləq ali məktəbə girməlisən” – deyə məcburiyyətləri yoxdur. Təhsil sistemi demək olar  ki, ödənişsizdir. Orada  hər  bir  tələbə öz  xərcini özü  ödədiyinə görə işləyib sonra təhsil ala bilir və təhsil almağın yaş həddi  yoxdur. Yəni mən burada  oxuyanda  baxmayaraq ki, 28 yaşımda idim məndən də böyük qrup yoldaşlarım var idi. Yaxud da burada tələbələr Norveçin Rifah cəmiyyətində daha yüksək həyat tərzi yaşamaq üçün müxtəlif  kurslara qoşulurlar. Bizdən fərqli olaraq, onların tələbəlik həyatında əyləncələr var. Belə ki, könüllülərdən ibarət dəstələr yığılır və çadırlar  qurulur. Bu tələbələr gün ərzində digər tələbələrə müxtəlif kitablar, hədiyyələr verirlər. Bununla da onlar bir-biri ilə daha yaxından tanış olur və yeni dərs ilinə psixoloji hazır olurlar. Digər fərq isə tələbələr arasında yazı yazmaq qabilliyyətinin, müstəqil şəkildə fikir yürütmək, istəklərini bildirmək, şəxsi fikirlərini ifadə etmək, araşdırma apararaq, sonda  öz qənaətini yazıya  köçürmək  vərdişlərinin yüksək olmasıdır. Biz də isə bu vərdişlər yoxdur. Burada dərsdən əlavə məcburi tapşırıqlar verilir ki, bu mənim və digər azərbaycanlı tələbələr üçün ilk günlər çox çətin idi. Başqa ölkələrdən gələn gənclər əyləndiyi halda  mən gecələr yatmayıb daha çox çalışırdım. Buna səbəb onların metodunu gec tutmağım idi. Norveçdə tələbələrin yazı keyfiyyətinin artırılması fənn olaraq tədris olunur.

Xəyallarımdakı Stiven Pinker…

….Bir tələbə yoldaşım var idi. Bilirdi ki, mən ixtisasımla bağlı araşdırma aparmağı çox sevirəm. Bunun üçün daha çox əslən kanadalı olan böyük alim Stiven Pinkerin mənbələrindən istifadə edirəm. Bir gün mənə dedi ki, “Səyanə Stiven Norveçə gəlir və sən onun təlimində iştirak etməlisən”. Onun verdiyi təlimlərə də düşmək çox çətindir. Rəfiqəm xəbər verən kimi mən sənədlərimi ora göndərdim. Xoşbəxtlikdən həmin siyahıya düşdüm.  Payız ayları idi. Burada saat 3-ün yarısından qaranlıq düşür. Biz harasa getmək üçün öncədən mütləq ölçüb biçirdik ki, gecikməyək. Təsadüfən mənim telefonum sönmüşdü. Təlimə getmək üçün universitetin korpusundan çıxanda başa düşdüm ki, telefonum yoxdu. Geri qayıtdım. Uzun məsafəni qət edərək, istədim auditoriyadan telefonumu götürüm lakin otaq  bağlı idi. Çox pərişan vəziyyətdə idim. Neçə illik arzumun reallaşmasına bir addım qala belə bir maneəyə rast gəldim. Stiven Pinkeri çox sevirdim və o mənim üçün əlçatmaz idi. Başladım bir azərbaycanlı olaraq deyinməyə. “Ayda bu gün necə pis gündür”- şikayətlər etməyə. Birdən yadıma düşdü ki, deyinməkdənsə,  ”Problemini həll elə”. Mail ünvanımı yoxladım və gördüm ki, müəllimim yazıb ki, telefon otaqdadır. Qaça-qaça getdim, lakin qapı bağlı idi. Nəhayət çox çətinliklərdən sonra güclə qapını açdım və ….

Səyanə çətin də olsa  Stiven Pinkerlə tanış ola bilib. Bununla o,  çətin vəziyyətlərdə deyinməkdənsə, çarə axtarmaqla hər bir  problemin həll olduğunu deyir.  Əlifbada hərflər çoxdur, çətinliklərdən baş çıxarmaq üçün variantlarda…

Gənclərimizə…

Arzu edərdim ki, hər bir  tələbə avropada və hər hansı bir  inkişaf etmiş ölkələrin birində təhsil almağa çalışsın. Çünki, oranın verdiyi təcrübəni heç nə ilə qazanmaq olmur. Həmçinin, hər bir insan  özəl və fərqli olduğuna  inanmalı və iri addımlarla uğurlara imza atmalıdır. Bunun da  başlanğıcı təhsildən, fərqli yanaşmalardan, düşüncə tərzinin, dünyagörüşünün zənginliyindən başlayır. Bir də uşaqlıqdan bir  devizim olub. “Mübarizə inkişafın mənbəyidir”…

(xaricdetehsil.news)