Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-23 08:12:16
Dahilərin qeyri-adi yaşam tərzləri – Yatmayanlar, rəqəmdən qorxanlar, buz suda çimənlər...

AzEDU.az dünyaca məşhur, etdiyi yeniliklərlə hər kəsin həyatını asanlaşdıran dahilərin qeyri-adi yaşam tərzlərini təqdim edir:

Albert Eynşteyn (1879 -1955) -  Dahi elm adamı Albert Eynşteynin fərqli düşüncə tərzinə sahib olub. Elmlə məşğul olmağa çox vaxtı qalsın deyə, saçlarını kəsdirmək üçün bərbərə belə getməyən Eynşteyn, corablarının bir-biri ilə eyni olub- olmadığına da diqqət etmirdi;

Aqata Kristi (1890-1976) -  Cinayət romanlarının məşhur müəllifi, dedektiv janrın kraliçasıdır. Kimsə ondan hansı peşənin sahibi olduğunu soruşanda “ev qadını” cavabını verirdi. Məşhur dedektiv yazarın adi yazı masası belə olmayıb;

Trumen Kapot (1924-1984) - Tanınmış yazıçı əsərlərini yatağında qəhvə içib, siqaret çəkərək yazırdı. Külqabısında ən çox üç kötük alan Trumen, bu rəqəmdən artıq siqaret çəkərdisə, qalan kötükləri cibinə qoyurdu. Çünki o, bəzi rəqəmlərin həqiqətən, uğursuz olduğuna inanırdı. O, həmçinin, belə rəqəmləri telefonunda yığmır, həmin nömrəli otel otağında qalmırdı;

Con Austin (1775-1817) - “Qürur və Qərəz” romanının müəllifi olan məşhur yazıçı işlərini ailəsindən başqa kimsənin görməsini istəmirdi. Austin əsərlərini yazarkən ailə üzvlərindən birinin yaxınlaşdığını eşidərdisə, dərhal yazılarını gizlədirdi;

Aleksandr Qraham Bell (1847-1922) -  Telefonu kəşf edən insan, gündə yalnız 2-3 saat yatırdı. Bunun səbəbini izah edərkən belə deyirdi: "Beynim çox qarışıb. Ağlıma hansısa fikrin gəlib,  sonra yadımdan çıxmasından qorxuram”.

Viktor Hüqo (1802-1885) - “Səfillər” və “Paris Notre Damen kilsəsi” əsərlərinin müəllifinin qəribə yaşam tərzi vardı. O, hər səhər iki çiy yumurta içir, buzlu su ilə yuyunurdu. Bu qaydalara əməl edən Hüqo 83 il yaşayıb;

Karl Marks (1818-1883) - Ömrünün 34 ilini Londonda keçirən Karl Marks səhər saat 9-da Britaniya Muzeyin oxu zalına gələr və salon bağlanana qədər orada qalardı. Həmin məkan hazırda sərgi salonu kimi istifadə edilir;

Tomas Edison (1856-1943) - Edison bütün həyatını qısa müddətlə yuxularla idarə etməyi bacarıb. O, heç bir insanın bütün gecəni yatmalı olmadığını deyirdi. Alim özünü yuxudan, doğmalarından, sevdiyi hər şeydən uzaq tutaraq, bütün diqqətini elmə yönəltmişdi;

Salvador Dali – Bir rəssam üçün əsl faciə sayılası fiziki asılılıq – Parkinson xəstəliyinin daşıyıcısı idi. Diqqətin yayınması, unutqanlıq, yaddaşsızlıqla müşahidə olunan xəstəlik get-gedə cinsi həyat və psixoloji müqaviməti də zəiflədir. Dalinin həyatında daha çox birinci hal müşahidə olunurdu;

Ernest Heminquey – 1960-cı ildə Kubadan ABŞ-a dönən Ernest Heminquey bir yazıçı kimi təbliğ etdiyi ideyaların öldüyü cəmiyyətdə güclü depressiyaya qapılır. Artıq yaza bilmədiyini görür və könüllü olaraq psixoloji xəstəxanaya müraciət edir. Kəskin depressiya və əsəb pozğunluğu, zehni pozğunluq da bu vaxtdan sonra başlayır. Klinikadan çıxdıqdan sonra daha əvvəlki kimi yaza bilməyəcəyini anlayır və intihara cəhd edir. O, klinikadakı vəziyyətini bu cür təsvir edirdi: “Mənə elektroşok təyin edən həkimlər yazıçıları anlamırlar: Mənim kapitalım olan beynimi dağıtmaq və yaddaşımı silib məni həyatın kandarına atmağın mənası nə idi? Bu, parlaq müalicə idi, amma onlar pasiyenti itirdilər”.

Pablo Pikasso – Daha bir böyük rəssam – ispan Pikasso isə miqrendən əziyyət çəkirdi. Unutqanlıq və informasiyanı öyrənmə, onu yadda saxlama kimi beyin prosesləri onda çox zəif gedirdi. Xüsusən də nəyisə öyrənmək onun üçün çox çətin idi. Baş ağrısının – miqrenin təsiri ilə şəkillərə fərqli yön verə bilirdi.

Lamiyə Süleymanlı

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları