Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-07 16:55:00
Magistrantın “15 İyul və Media” kitabı təqdim edildi

Kitab Türkiyədə dövlət çevrilişinə cəhd və medianın bu hadisələrdə rolundan bəhs edir.

Bu gün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının magistrantı Nurlan Ağanın “15 İyul və Media” kitabının təqdimatı olub.

AzEdu.az xəbər verir ki, kitab 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd və medianın bu hadisələrdə rolundan bəhs edir.

Tədbirdə "Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Yunus Əmrə İnstitutunun Azərbaycan Nümayəndəliyinin rəhbəri Cihan Özdemir, Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, “AzNews.az” saytının baş redaktoru Taleh Şahsuvarlı, “Yeni Çag” Media Qrupunun təsisçisi və baş redaktoru Aqil Ələsgər, “İki Sahil” qazetinin baş redaktoru Vüqar Rəhimzadə, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, BDU-nun Beynəlxalq jurnalistika kafedrasının müdiri Həmid Vəliyev və digər ziyalılar, eləcə də tələbələr iştirak ediblər.

Tədbirin açılışını Rəşad Məcid edib. O, Azərbaycanda gənc və perspektivli gənclərin çox olduğunu, həmin gənclərin Azərbaycanın gələcək həyatında böyük uğurlara imza atacağından əminliyini ifadə edib: “Bu mövzu barəsində araşdırma aparmaq və onu kitaba köçürmək çox məsuliyyətli işdir. Gənc tədqiqatçımız bu işin öhdəsindən lazımınca gəldi”.

Kitabın elmi rəhbəri Pərvanə İbrahimova tələbənin uğurunun onun üçün çox gözəl bir hiss olduğunu qeyd edərək, kitabın ərsəyə gəldiyi yolun qısa tarixindən danışıb.

Tədbirdə Yunus Əmrə İnstitutunun Azərbaycan Nümayəndəliyinin başçısı Cihan Özdemir, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət və başqaları da çıxış edib.