Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-22 11:07:00
Kodlaşdırmada qəbul imtahanının balı necə seçilir? - DİM

Xəbər verdiyimiz kimi, II və III ixtisas qrupu üzrə II cəhd qəbul imtahanlarının nəticələri elan olunub. I və IV qrupların nəticələri açıqlandıqdan abituriyentlər üçün ən vacib mərhələ - ixtisas seçiminə start veriləcək. 

 

Bəs, görəsən, hər iki cəhddə iştirak etmiş abituriyent kodlaşdırma edərkən istədiyi imtahan cəhdinin balını (yəni hansından yüksək bal toplayıbsa)özü seçir,yoxsa sistem avtomatik olaraq müəyyən edir?

 

Mövzu ilə bağlı AzEdu.az-a Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxladıq.

 

Mərkəzdən bildirilib ki, sistem avtomatik olaraq ən yüksək nəticəni götürür.