Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-07 09:03:00
Dövlət qulluğu üzrə müsahibə mərhələsinin vaxtı bəlli oldu

2018-ci il 1 oktyabr tarixdə elan edilmiş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.

AzEdu.az xəbər verir ki, müsahibələrin 2018-ci il 12-20 noyabr tarixlərində keçirilməsi planlaşdırılır.

Elan üzrə 5 dövlət orqanında mövcud olan 85 vakant vəzifə ümumi müsahibəyə çıxarılmışdır. Ümumilikdə isə, 57 namizəd müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçib.

Müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifələr Bakı şəhəri statistika idarəsində Əhali statistikası sektorunda baş məsləhətçi (1 vakant yer üzrə 6 namizəd), Salyan rayon statistika idarəsinin rəhbərinin müavini (1 vakant yer üzrə 3 namizəd), Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətində Texniki nəzarətin təşkili sektorunun müdiri (1 vakant yer üzrə 3 namizəd) vəzifələri olub

Müsahibələrin 2018-ci il 12-20 noyabr tarixlərində keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Dövlət İmtahan Mərkəzi namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.