Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-06 11:07:00
Uşaqların təhsil uğurlarını artırmağın yolu-MEDİTASİYA

Zehni yorğunluğu aradan qaldırmaq, stress atmaq üçün  meditasiya belə hisslərdən qurtulmağa kömək edir. Meditasiya sayəsində  gün əvvəli və sonunda insanlar özlərini daha rahat hiss edir. Bunu təmin etmək üçün isə müəyyən addımlar atılmalıdır. Bəs meditasiya uşaqlara necə təsir edir?

AzEdu.az xəbər verir ki, “Headspace” tətbiqinin yaradıcılarına görə,meditasiya düzgün istiqamətləndirmə üçün ən sadə və təsirli üsuldur.

 Guidedminda görə isə istiqamətləndirici meditasiya  "Bir danışanın idarə etməsi ilə müəyyən bir dəyişikliyi həyatınıza tətbiq edən” bir növdür.  Buna görə də şagirdlərin beyinlərində məktəb və təhsil həyatı ilə bağlı olan mənfi fikirlərin həm aydınlaşması, həm də dəyişdirilməsi üçün meditasiyaya ehtiyac var.

Meditasiyanın faydaları

Hər yaşda şagird və işləyənlərin həyatını asanlaşdıran meditasiya vərdişi sayəsində diqqət və xoşbəxtlik səviyyəsi artır. Beynin güclənməsi üçün də meditasiya ciddi bir amildir.

Meditasiya uşaqların təhsil həyatındakı uğurlarının ən mühüm əlaməti olan öyrənmə bacarığını artırır. Sosial bacarıqların da meditasiya sayəsində gücləndiyi, mütəxəssislər tərəfindən açıqlanıb.

Gündəlik 10 dəqiqəlik meditasiya uşaqların yaradıcılığını artırmaqla kifayətlənməyib,  məktəbdə və sosial həyatda daha çevik olmağı təmin edir.