Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-01 09:00:00
“Tarixdə bu gün” - 1 iyul...    

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.


 
1 iyul tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

1 iyul Azərbaycanda Bakılılar Günü kimi qeyd edilir:

 

Rəsmi şəkildə qeyd olunmasa da, bakılılar özləri yarızarafat, yarıciddi belə bir günün olduğunu iddia edirlər.

Qeyd edək ki, Xəzər dənizinin qərb sahillərində, Abşeron yarımadasının cənubunda yerləşən tarixi bir şəhər Bakıya küləklər şəhəri də deyirlər. Quru subtropik iqlimi var. Ümumi sahəsi 2130 km2-dir və 11 administrativ rayondan ibarətdir.

 

 1 iyul 1908-ci ildə SOS beynəlxalq təhlükə siqnalı kimi qəbul edilib:

 

1 iyul 1908-ci ildə Berlində keçirilmiş ikinci Beynəlxalq radioteleqraf konfransında, Morze əlifbası ilə ifadə edilən SOS ("Save Our Souls") abbreviaturasının beynəlxalq dəniz fəlakət siqnalı kimi istifadəsi ilə bağlı imzalanmış konvensiya qüvvəyə minmişdir. İngiliscəadətən "save our souls" ("bizim ruhlarımızı xilas edin") kimi şərh edilir.

 

1 iyul 1806-cıı ildə tanınmış Azərbaycan yazıçısı, ictimai və hərbi xadimi İsmayıl bəy Qutqaşınlı  anadan olub:

30 ildən artıq Rusiya ordusunda xidmət edən İ.Qutqaşınlı general-mayor rütbəsinədək yüksəlib. Qasım bəy Zakir, Mirzə Fətəli Axundov kimi Azərbaycan ədibləri ilə yaxın yaradıcılıq əlaqələri saxlayan İsmayıl bəy Qutqaşınlıya 1835-ci ildə Varşavada fransız dilində nəşr etdirdiyi “Rəşid bəy və Səadət xanım” hekayəsi böyük şöhrət qazandırıb.

1852-ci ildə Məkkə ziyarəti zamanı qələmə aldığı qeydlər ilk dəfə 1967-ci ildə “Səfərnamə” adı ilə çap edilib. Həmin əsərdə Gəncə və Borçalı mahalının, Ərəbistanın şəhər və kəndlərinin təbiəti, əhalisi, təsərrüfatı haqqında məlumat verilib. (1806-1869)


1 iyul 1920-ci ildə Azərbaycanın tanınmış hərbi xadimi, İkinci Dünya Müharibəsi illərində tank briqadasında döyüşmüş general Nüsrət Bağırov dünyaya gəlib:

 

Göstərdiyi igidlik və qəhrəmanlığa görə 17 orden və medallarla təltif edilib. Müharibədən sonra Azərbaycan Daxili İşlər Nazirliyində çalışıb. Sonralar “Dinamo” İdman Cəmiyyətinə rəhbərlik edən Nüsrət Bağırovun Azərbaycanda kütləvi bədən tərbiyəsi və idmanın inkişafı sahəsində əvəzsiz xidmətləri olub. (1920-1996)