Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-05 16:16:00
Dövlət İmtahan Mərkəzinə 2019-cu il üçün bu qədər pul ayrıldı

2019-cu il dövlət büdcəsindən bəzi universitetlər üçün də vəsait ayrılması nəzərdə tutulub.

AzEdu.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, “ADA” Universiteti, M.V Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, Bakı Dövlət Universiteti,Azərbaycan Tibb  Universiteti və Azərbaycan İlahiyyat İnstitutunun  fəaliyyətinin maliyyə təminatı ilə bağlı 37.9 milyon manat  vəsait nəzərdə tutulub.

Bundan başqa ali təhsilin  bakalavriat  səviyyəsinə tələbə qəbulu  ilə bağlı tələb edilən məbləğin ödənilməsi, buraxılış və dövlət qulluğu ilə bağlı  imtahanların keçirilməsi üçün  dövlət büdcəsindən Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs üçün 8 milyon manat vəsait proqnozlaşdırılıb.

Qeyd edək ki, məlumatlar Maliyyə Nazirliyinin 2019-cu ilin dövlət və icmal büdcələri üzrə layihələrin  təqdimatında yer alıb.