Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-05 15:25:00
2019-ci ildə təhsilə ayrılan pullar ən çox nələrə xərclənəcək? -STATİSTİKA

Maliyyə Nazirliyi tərəfindən verilən təqdimatda qeyd olunduğu kimi, 2019-cu il üçün təhsil xərclərinə 2274.6 milyon manat ayrılıb.

Bu məbləğdən 0.3 milyon manatı gənc istedadlar üçün xüsusi təqaüdlərin ödənilməsinə, 0.5 milyon manat isə dərslik alınması ilə bağlı xərclər üçün nəzərdə tutulub.

AzEdu.az xəbər verir ki, “2008-2024-cü illərdə Azərbaycan respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inkluziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın  maliyyə təminatına   0.9 milyon ayrılıb.

Büdcədən 1 milyon manat yaradıcılıq profili bəzi dövlət ali təhsil müəssisələrinin gəlir və xərcləri arasında yarana biləcək kəsirin maliyyələşməsi, 0.3 milyon bəzi xarici səfirliklərdə  təhsil məsələləri üzrə müşavirlərin fəaliyyəti,0.8 milyon İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv dövlətlərin  vətəndaşlarına  Azərbaycan Respublikasının  ali təhsil müəssisələrində  təhsil almaları üçün  təhsil qrantlarının verilməsinə xərclənəcək.

0.2 milyon manat isə dövlət sifarişi əsasında intensiv yenidən ixtisaslaşdırma və qısamüddətli  yenidən hazırlama proqramları üzrə qiyabi  təhsil alan  müdavimlər ilə bağlı xərclərə və digər sosial  tədbirlərə 23.9 milyon manat yönəldilib.

Qeyd edək ki, təhsil xərcləri 2018-ci illə müqayisədə 11.3 % çoxdur.