Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-02 16:20:00
2019-cu il üçün elmə ayrılan məbləğ məlum oldu

Növbəti ildə elm xərclərinə 133.5 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

AzEdu.az xəbər verir ki, bu haqda Azərbaycan Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2019-cu ilin dövlət və icmal büdcələri üzrə layihələrin  təqdimatında verilib.

Həmin xərclər fundamental elmi tədqiqatlarla məşğul olan təşkilatların iadrə edilməsi, konkret praktiki məqsədlərə nail olmaq üçün yeni biliklərin əldə edilməsi,istifadəsi, qurğuların yaradılması, yeni proseslərin,sistemlərin və  xidmətlərin tətbiqi və təkmilləşdirilməsi,qeyri-dövlət elmi tədqiqat təşkilatları tərəfindən həyata keçirilən fundamental tədqiqatlara yardım üzrə xərclərin maliyyələşdirilməsinə yönələcək.

Növbəti ildə Elmin İnkişaf Fonduna 4 milyon manat ayrılacaq ki, bu da 2018-ci illə eynidir.

2019-cu ildə elm xərcləri üzrə  proqram və tədbirlərin həyata keçirilməsi üçün 1.3 milyon manat vəsait nəzərdə tutulub.

Bildirək ki, ümumi məbləğ 2018-ci illə müqayisədə 5.3 milyon manat və ya 4.2% çoxdur.