2018-10-31 11:27:00
Peşə təhsili müəssisələrində oxuyanlara tələbə statusu veriləcək
Yeni qəbul edilən "Peşə təhsili haqqında" qanunda peşə təhsili müəssisələrində oxuyanlara tələbə statusunun verilməsi nəzərdə tutulur.
AzEdu.az-ın məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində keçirilən “İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması” mövzusunda konfransda çıxış edərkən deyib.
C.Bayramov bildirib ki, "Peşə təhsili haqqında" qanunda beynəlxalq təcrübəyə uyğun olaraq, peşə təhsili sisteminin ilk peşə, texniki peşə və yüksək peşə təhsili olmaqla, 3 səviyyədə fəaliyyət göstərməsi müəyyən edilib.
Qanunda ümumi təhsil müəssisələrində ilk peşə təhsili üzrə təmayüllü siniflərin yaradılması, yüksək texniki peşə təhsili alanlara sub-bakalavr peşə-ixtisas dərəcəsinin verilməsi, tələbələrə iş yerində təcrübə müqaviləsi bağlamaq və minimum əməkhaqqından az olmamaq şərtilə ödənilmə, xüsusi müdafiəyə ehtiyacı olan şəxslər üçün güzəştlərin müəyyən edilməsi kimi yeni müddəalar təsbit edilib.
Nazirin sözlərinə görə, peşə təhsilinin inkişafı insan kapitalının formalaşmasına, gənclər arasında məşğulluğun təmin edilməsinə, işsizliyin aradan qaldırılmasına töhfə verir.
Bu bölməyə aid digər xəbərlər
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə direktor təyin olunub
2024-03-14 17:11:22
Nazirlik: Sumqayıtda yanğın baş verən yataqxanada tələbələr yaşamır
2024-01-18 00:40:00
Kolleclərə qəbul olanların qeydiyyatına başlanılır
2022-09-14 09:27:00
Kolleclərə qeydiyyat başlayır
2022-09-13 10:29:00
Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi aparılır
2022-09-09 09:43:00
Məktəblilərin qış tətili başladı
2022-01-29 10:00:00
4782 nəfər ixtisas seçimi ərizəsini təsdiqlədib
2021-10-02 18:00:00
Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı davam edir
2021-09-20 13:24:00
Kollec tələbələri keçmədikləri fənlərdən imtahan verəcək - İDDİA
2020-07-07 11:30:00
Təhsil Nazirliyi: Orta ixtisas təhsil pilləsinin bütün ixtisas qruplarında dəyişiklik olunub
2020-04-20 14:08:00
kitabı
ÇOX OXUNANLAR
18 Aprel 2024, 10:04
DİM-dən 17 mart buraxılış imtahanının nəticələri ilə bağlı AÇIQLAMA
18 Aprel 2024, 12:35
Sertifikasiya imtahanının vaxtı AÇIQLANDI
17 Aprel 2024, 10:21
Sertifikasiya:“Müəllimlərin hazırlığa getməsi qəbuledilməzdir”
17 Aprel 2024, 12:14
Regionlar üzrə ən çox bal toplayanlar – Mərkəzi Aran bölgəsinin ŞAGİRDLƏRİ
16 Aprel 2024, 13:10
10 mart buraxılış imtahanının nəticələri AÇIQLANDI
19 Aprel 2024, 16:09
Regionlar üzrə ən çox bal toplayanlar... Şəki-Zaqatala bölgəsinin ŞAGİRDLƏRİ
18 Aprel 2024, 12:40
Sertifikasiyadan keçə bilməyənlər bu il imtahan verəcək
19 Aprel 2024, 16:54
Qəbul imtahanında hansı yeniliklər olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA
FACEBOOK