Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-23 15:31:32
BMU-da hesabat konfransı keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) tərəfdaş olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsi çərçivəsində hesabat konfransı keçirilib.

 

AzEdu.az xəbər verir ki, Bakı Biznes Univeristetində (BBU) baş tutan konfransda 28 yerli ali təhsil müəssisəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya, həmçinin layihənin xarici partnyorları olan Litvanın Mykolo Romero Universiteti, İsveçin Kral Texnologiya Universiteti, Belçikanın EFMD təşkilatından ümumilikdə 100-dən çox nümayəndə iştirak edib.

 

Konfrans layihə çərçivəsində fəaliyyət göstərən komitələrin hesabatlarının dinlənilməsi və müvafiq müzakirələrin aparılması məqsədilə təşkil olunub.

 

Tədbirdə layihənin koordinatoru Gülşən Bayramova həyata keçirilən fəaliyyətlər haqqında qısa hesabatla çıxış edib.

 

Sonra tədris işləri və keyfiyyət təminatı, elmi işlər, beynəlmiləlləşmə, tələbə və məzunlarla iş, strateji inkişaf məsələləri üzrə komitə sədrlərinin hesabatları dinlənilib.

 

Erasmus Azərbaycan Ofisinin rəhbəri Pərviz Bağırov isə həyata keçirilən beynəlxalq layihələrin Azərbaycan ali təhsilinin hərtərəfli inkişafı baxımından önəmindən bəhs edib.

 

Litvanın Mykolo Romerio Universitetinin tədris işləri üzrə prorektoru Regina Valutytė və Belçika EFMD təşkilatının beynəlxalq layihələr üzrə direktoru Kristofer Terrase də çıxışlarında layihə ilə bağlı təəssüratlarını bölüşüblər.