Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-22 13:31:39
DİQQƏT! - Bu hallarda övladınız 1-ci sinfə qəbul olmayacaq

2024-2025-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu 1 may tarixindən etibarən başlayır.

 

Maraqlıdır, hansı halda uşağın ümumi təhsil müəssisəsinə qəbuluna imtina verilə bilər?

 

Mövzu ilə bağlı AzEdu.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. 

 

Bildirilib ki, ilk növbədə, məsul şəxs https://mektebeqebul.edu.az/az/ elektron sistemində qeydiyyat zamanı valideynin (qanuni nümayəndənin) özü və uşaq haqqında daxil etdiyi məlumatları təqdim olunan sənədlərin əsli ilə üzləşdirir və həmin sənədlərin surətini saxlayaraq, əslini dərhal valideynə (qanuni nümayəndəyə) qaytarır.

 

"Sənəd qəbulu üzrə məsul şəxs tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə (elektron ərizə qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırıldığı halda) və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda uşağın ümumi təhsil müəssisəsinə qəbuluna imtina verilə bilər".