Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-29 16:30:00
Beynəlxalq olimpiadalar qalibini Kanadadan Azərbaycana gətirən əsas səbəb: “Buralar çox soyuqdur, daha oxumayacağam”

Cavid  Əhmədov 1997-ci ildə Bakıda doğulub. VIsinfəqədər “Tərəqqi” liseyində oxuyub. Sonra imtahan verərək, Bakı özəl türk liseyinin Ağdaş filialına qəbul olunub.

Müəllim olan nənə və babasıyla3 il Ağdaşda qalaraq, orada  təhsil alıb.

Olimpiada iştirakçısı, dövlət proqramı ilə Kanadanın Alberta Universitetində təhsil alan müsahibimiz 2018-ci ildə oranın məzunu olub:

AzEdu.azCavid Əhmədovla müsahibəni təqdim edir:

 Uğura aparan yol

“VII sinifdən Kimya fənninə marağım daha çox artdı. Dərslərdən başqa  Kimyaya aid əlavə kitablar da oxuyurdum. IX sinifdə Respublika Kimya Olimpiadasına qatılıb, bürünc medal qazandım.

Daha sonra isə  beynəlxalq olimpiadalar haqqında məlumatlandım. Daha sonra olimpiada seçmə imtahanlarında yüksək bal yığaraq,bir neçə beynəlxalq olimpiadada iştirak hüququ qazandım.

İlk uğurum isə İranda keçirilən IX  İJSO (Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası)  olub. Bu olimpiadada bürünc medal qazanmışdım ( Azərbaycan komandası olaraq isə 4 medal qazanmışdıq).

Burada  medal almağım məni daha da həvəsləndirdi.  Bildiklərimləkifayətlənmədim, növbəti olimpiada hazırlıqları üçün daha çox vaxt ayırdım”.

Olimpiadaların verdiyi şanslar

“Olimpiadalarda qalibiyyət dünyanın bir çox universitetlərinə qəbul olma şanslarını birə beş  artırır.Bu göstəricilərlə müxtəlif təqaüd proqramlarını qazanmaq şansı olur.Ölkəmizdə də "Təhsil haqqında” qanuna əsasən, dünya fənn olimpiadalarının qalibləri, müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Olimpiadalar mütləq mənada köməklik göstərir. Burada iştirakın Kimya fənni üzrə ev tapşırıqlarında və imtahanlarda  da xeyrini gördüm”.

-Cavid, beynəlxalq olimpiadalarda iştirak üçün şagirddən nə tələb olunur?

-Ölkəmizdə beynəlxalq olimpiadalarda iştirak üçün bir neçə mərhələli seçmə imtahanlar keçirilir.Burada seçilən şagirdlər xüsusi proqram çərçivəsində dərslərə cəlb olunurlar. Ümumilikdə  olimpiadaya hazırlıq proseduru, ötən illərlə müqayisədə daha planlı və məqsədyönlü aparılır.

“Əvvəlcədən Alberta Universitetinə sənədlərimi göndərib, qəbul təklifi almışdım. Qəbul imtahanı zamanı Vyetnamda keçirilən Beynəlxalq Kimya olimpiadasında idim. Həmin ildə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı“ təqaüdünü qazandım.Kimyaya marağım olduğundanKimya mühəndisliyini seçmək qərarına gəldim”.

Cavid deyir ki, Kanadada təhsil nəzəri biliklərlə yanaşı, həmdə bunları tətbiq edə biləcək praktika qazandırıb.

“Rəqabət olması, yüksək qiymətlərlə təhsil alan tələbələrə müxtəlif təqaüd imkanlarının verilməsi, nəzəri biliklərlə yanaşı, dərslərin praktiki hissəsinin olması oranı fərqləndirən cəhətlərdir”.

Soyuqdan qaçan tələbə

“Kanadanın iqlim şəraitinə görə (çox soyuq olduğundan), təhsilimi orada davam etdirməmək qərarına gəldim.Magistratura təhsilimi eyni ixtisas üzrə, amma başqa ölkədə oxumaq niyyətindəyəm”.

Alberta-Kanadanın ən böyük ali təhsil ocağı

“Universitetdə asiyalı tələbələr çoxluq təşkil edirdi. Həmçinin, universitetdə, müxtəlif ölkələrdən və ya mədəniyyətlərdən gələn tələbələrəayrıseçkilik yox idi. Deyərdim ki, Albertaoxuduğum ixtisas üzrə, Kanadadın ən yaxşı 3 universitetindən biridir. Burada 10-a yaxın azərbaycanlı tələbə təhsil alırdı. Bu da  Dövlət Proqramı çərçivəsində qəbul olanlar idi”.

Universitetə qəbul üçün lazım olan sənədlər

“İngilis dili sertifikatının olması əsas tələbdir. Bir çox universitetlərin isə İngilis dili hazırlıq kurslarıda mövcuddur. Daha sonra orta məktəb qiymətlərinin (attestat vətranskript) kafi və ya əla olmasına baxılır.Əlavə sənədlərdən isə olimpiada nailiyyətlərinin olması universitetə qəbul olmağı daha da asanlaşdırır”.

Gələcəyini Azərbaycanda  “quran” gənc

“Azərbaycana qayıtmağı planlaşdırmışam. Öz karyeramı Azərbaycanda qurmaq istəyirəm. Ən əsası Kanadada öyrəndiklərimi burada tətbiq etməklə yanaşı, həmdə biliklərimi, burada təhsil alanlarla bölüşmək istərdim”.

-Mükəmməl təhsil sistemi hansı ölkəyə məxsusdur sualını Cavid belə cavablandırdı:

“Mükəmməl təhsil bir növ tələbənin öz məqsədinəbağlıdır. Əgər tələbə sırf diplom almaq xətrinə yox, həqiqətəndə bilikləri dərindən öyrənib və gələcəkdə tətbiq etməyi fikirləşirsə, onda daha da uğurlu olacağına və mükəmməl təhsilin tələbənin özündən daha çox asılı olduğuna inanıram”.

Çətinlik və tövsiyələr

“Müxtəlif həyat tərzi, insanları, yeməkləri və iqlim kimi digər faktorların olması çətinliklərdir. Kanadanın çox soyuq iqlimə malik olması isə buna bariz misaldır. Qısa şəkildə tövsiyəm budur.  Məhz xaricdə oxumağın adına görə deyil , həqiqətəndə biliklərinin mükəmməl olması məqsədinə diqqət etsinlər”.