Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-29 14:25:00
Magistratura imtahanlarına  xarici dil üzrə dinləmə mətni olacaq? – Hamının gözlədiyi cavab

2019-cu ildə keçiriləcək buraxılış imtahanlarına xarici dil fənni üzrə “listening” – dinləmə mətni əlavə olunub. Bu fəndən şagirdə təqdim olunacaq 15 sualın 6-sı dinləmə mətni əsasında tərtib olunacaq.

Sosial şəbəkələrdə yayılan məlumata görə,  magistratura imtahanlarına da xarici dil üzrə dinləmə mətni əlavə olunacaq. Hətta müəllimlər iddia edir ki, DİM-in təşkil etdiyi seminarlarda, 8 sualın məhz “listening” üzrə tərtib olunacağı bildirilib.

Məlumatı dəqiqləşdirmək üçün bir neçə gün öncə Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxlasaq da, DİM-in sektor müdiri Xanlar Xanlarzadə belə bir yeniliyin nəzərdə tutulmadığını bildirmişdi.

Bu gün DİM-in rəsmi facebook səhifəsində isə magistratura imtahanlarına dinləmə mətninin əlavə olunması xəbəri öz təsdiqini tapıb. Vətəndaşların sualını cavablandıran qurum bu imtahanlara da dinləmə mətninin əlavə olunacağını və yaxın vaxtlarda bu barədə məlumatın veriləcəyini qeyd edib.

Xatırladaq ki, 2019-cu ildəki buraxılış imtahanlarında olan fənlər indiki buraxılış imtahanlarında olan fənlər olacaq - Ana dili, riyaziyyat və xarici dil. Amma buraxılış imtahanının formatı bu il 9-cu sinif buraxılış imtahanındakı birinci mərhələdəki kimi olacaq. 2019-cu ildə buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənəcək və bununla da ümumi nəticə əldə olunması nəzərdə tutulub. Məsələn, buraxılış imtahanında toplanan bal 300-dürsə, o bal qəbul imtahanında olan nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları