Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-09 11:06:00
Kolleclərə keçid balları artacaq, ya azalacaq?

IX buraxılış imtahanında iştirak etmiş abituriyentlərin bəziləri hesab edirlər ki, IX sinifə nəzərən XI sinif imtahanları daha asan səviyyədə keçirilib.

 

Bəs, bu fikirlər 9 illik bazadan kolleclərə qəbul ballarına necə təsir edə bilər?  

 

Təhsil eksperti Elçin Əfəndiyev (Əfəndi) mövzu ilə əlaqədar AzEdu.az-a danışıb.

 

Ekspert bildirib ki, buraxılış imtahanında çətinlik riyaziyyat fənnindən müşahidə olunub:

 

“11 illik təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanının 9 illikdən daha asan olduğunu düşünmürəm. Hər bir sinif öz səviyyəsi üzrə imtahan verir. Amma təbii ki, Dövlət İmtahan Mərkəzi 9 illik buraxılış imtahanını monitorinq imtahanı kimi keçirir. Bu imtahan DİM-in gələcəkdə tətbiq edəcəyi istiqamətlər üzrə bir növ ölçmə vasitəsidir. 9 illik imtahan strateji imtahandır. Burada şagirdlər müəyyən mövzular və fənlər üzrə bilik və bacarıqlarını nümayiş etdirirlər, beləcə də DİM müəyyənləşdirir ki, hansı mövzularla bağlı çətinliklər var. Bu barədə də nazirlik vasitəsi ilə təhsil müəssisələrinə məlumat göndərilir ki, şagirdləri filan istiqamətlər üzrə inkişaf etdirmək lazımdır. Həmçinin, burada 11 illik buraxılış imtahanı göstəriciləri də əsas tutulur.  Düşünürəm ki, xüsusən riyaziyyat fənnindən bəzi sualların 14-15 yaşlı şagirdə salınması düzgün deyil”.

 

“İmtahan nəticələri 9 illik bazadan kolleclərə qəbul ballarına müəyyən qədər təsir edəcək”,-deyə E.Əfəndi qeyd edib:

 

“Biz hələ ki, martın 3-də keçirilmiş 11 illik buraxılış imtahanını daha asan olduğunu düşünürük, çünki şagirdlərin nəticələri də yüksək idi. Növbəti 21 aprel və 5 may imtahanlarından sonra 4 imtahanın ümumi nəticələrinə uyğun qərar verə bilərik. Ümumi dəyərləndirmə mənə görə hələ tezdir.

 

Nəzərə alsaq ki, 9 illik buraxılış imtahanında 55-56 min şagird iştirak edib. Ondan əvvəlki imtahanda da bir o qədər şagird imtahan verdi. 21 apreldə də 30 minə yaxın şagirdin iştirakı gözlənilir. Təxminən bu proses 150 min nəfəri əhatə edir. Hər il 40-50 min civarı abituriyent kolleclərə sənəd verir. Hazırda 9 illik bazadan elekron ərizə qəbulu aparılır ki, burada da 24 min nəfərdən çox şagird qeydiyyatdan keçib. Bu proses 15 aprel tarixində bitəcək.  Həmin dövrə qədər düşünürəm ki, bu istiqamətdə 15-20 min əlavə sənəd verən olacaq. 140-150 min nəfərin 45-50 mini 9 illik baza üzrə kolleclərə sənəd verirsə, o zaman belə qərarlaşdırmaq olar ki, qarşıdakı imtahanların nəticələrini bildikdən sonra yekun qərar verə bilək”.