Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-04 15:17:00
Şirkətlərin tələbi: Kişi yox, qadın işçilər... – Səbəb nədir?

Müşahidələr onu göstərir ki, eyni ixtisas üzrə təhsil alan kişi və qadınlar iş üçün şirkətlərə müraciət etdikdə xanımlara daha çox üstünlük verilir. Ümumiyyətlə iş elanlarında həmişə müəyyən yaş aralığında xanıma ehtiyac olduğunu vurğulanır.

 

Bəs, görəsən, bunun səbəb nədir? Nəyə görə bu kimi ayrı-seçkiliyə yol verilir?

 

Sosioloq Əhməd Qəşəmoğlu mövzu ilə əlaqədar AzEdu.az-a danışıb.

 

Sosioloq bildirib ki, qadınların işə götürülməsində sağlam və arzuolunmayan maraqlar dayanır:

 

“Mən uzun müddət işə adam götürmüşəm. Bəzən elə işlər var ki, o işlərdə həqiqətən qadınlar daha yaxşı fəaliyyət göstərir, daha diqqətli olurlar. Digər tərəfdən isə indiki dövrdə kişilərin bir çoxu normal əmək haqqı qazanmaq üçün çalışırlar ki, bir çox yerdə işləsinlər. Belə olduğu halda onlar əsas diqqətlərini öz işlərinə ayırmaq əvəzinə başqa fəaliyyətlərə də can atırlar. Bu kimi məqamları nəzərə alaraq idarə rəhbərləri qadınları nəzərə ala bilir. Amma sağlam olmayan münasibətlər də var ki, burada şirkətlər qabiliyyətə əhəmiyyət vermədən qadınları şəxsi maraqları üçün sui-istifadə etmək məqsədi ilə işə götürürlər. Bu iki marağı bir-birindən fərqləndirmək lazımdır. Birmənalı olaraq bütün şirkətlərə “niyə qadın işçi götürürsünüz?” deyə bilmərik. Ehtiyac olanda bu təbii haldır. Amma qeyri-sağlam münasibət təsssüf ki, Azərbaycanda geniş yayılıb. Bunu statistikalar da göstərir.

 

Ona görə də mənə bir tələbəm müraciət edəndə ki, “müəllim, mənə işə düzəlməyə kömək edin” mən o zaman çalışıram ki, elə yerə işə düzəlsin ki, orada ona qarşı sağlam münasibət formalaşsın.  İş elanlarında yaş həddinin qoyulması da daha çox qeyri-sağlam maraqların olduğundan xəbər verir. Mən işə adam qəbul edirəmsə, onun əsas qabiliyyətinə baxıram. Mənim üçün nə fərqi var ki, onun 25 yaşı var, ya 40. Adam işi görməyi bacarırsa, hər zaman işə qəbul etmişəm. Amma ikinci maraq olanda ofisdə, şirkətdə gənc, gözəl qızların çox olmasına çox olmasına əhəmiyyət verirlər”.