Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-13 10:49:55
DİM-də iki vəzifə üzrə vakansiya elan edilib

Dövlət İmtahan Mərkəzində Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsində sektor müdiri və Satınalmaların təşkili və müqavilələrin idarə olunması sektorunda mütəxəssis (ştatdankənar, 6 ay müddətinə) vəzifəsi üzrə vakansiyalar elan edilib.

 

AzEdu.az xəbər verir ki, hər bir vəzifə üzrə qulluq funksiyaları, vəzifənin tutulma şərtləri və digər tələblər DİM-in saytının “Vakansiya” bölməsində yerləşdirilib.

 

Namizədlər müvafiq bölmədə tələblərlə tanış olub "Kadr uçotunun şəxsi vərəqəsi"ni mövzu bölməsində iddia etdiyi vəzifənin adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.