Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-12 09:59:09
AzTU-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 104 illiyi qeyd olunub

Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) 104-cü il dönümünə həsr olunmuş tədbir keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov, Beynəlxalq Qızıl Xaç Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Cənubi Qafqaz üzrə nümayəndəliyinin rəhbəri Davron Muxamadiyev, Türk Qızıl Ay Cəmiyyətinin Azərbaycandakı nümayəndəsi və universitetin müəllim-tələbə heyəti iştirak ediblər.  

 

Əvvəlcə universitetin foyesində ulu öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri düzülüb.

 

AzTU-nun Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə iştirakçıları salamlayan rektor Vilayət Vəliyev universitetlə AzQAC-ın uzunmüddətli əməkdaşlığından, cəmiyyətin humanitar sahədə gördüyü işlərin önəmindən danışıb. 

 

Daha sonra AzQAC-ın  prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov cəmiyyətin tarixi, fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr, ulu öndər Heydər Əliyev və onun Azərbaycan Qızıl Aypara Cəmiyyətindəki rolundan bəhs edib. O, daha sonra AzQAC-ın humanitar fəaliyyətlərindən söz açıb, xüsusilə sağlamlıq sahəsində həyata keçirilən tədbirlər və bunların önəmini qeyd edib. Görüş çərçivəsində AzTU-nun rektoruna "Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 100 illiyi (1920-2020)" yubiley medalı təqdim olunub.

 

Tədbir AzTU-nun akt zalında ilk yardım vərdişlərinin aşılanması üzrə təlimlə davam etdirilib. Təlimin sonunda tələbələrin sualları cavablandırılıb.

 

Rəsmi hissədən sonra tədbir incəsənət xadimlərinin ifaları ilə başa çatıb.