Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-01 09:05:15
“Tarixdə bu gün” - Martın ilk günü necə yadda qalıb?

Hər hadisə bir tarixlə xatırlanır. Əsasən əhəmiyyətli hadisələrin tarixləri isə yaddaşlardan silinmir. 

 

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikası ilə hər gün dünyada, eləcə də Azərbaycanda tarixi əhəmiyyətli hadisələr barədə ictimaiyyəti məlumatlamdırır. 

 

1 mart tarixi nə ilə yadda qalıb? 

 

 

1 Mart - Ümumdünya Mülki Müdafiə Günüdür:

 

Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunmuş bu gün hər il kütləvi humanitar tədbir kimi qeyd edilir.

 

Azərbaycan 1993-cü ildə bu nüfuzlu beynəlxalq təşkilata üzv olmuşdur. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Bu ilin mövzusu “Mülki Müdafiə sistemində qadınların rolu və fəaliyyəti” ilə əlaqədardır.

 

Əhalinin mühafizəsini, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durur.

 

1 mart 1934-cü il dövlət xadimi Elmira Qafarovanın xatirə günüdür

 

Elmira Mikayıl qızı Qafarova 1934-cü il martın 1-də Bakı şəhəri Balaxanı qəsəbəsində qulluqçu ailəsində anadan olmuşdur. 1952-ci ildə Bakı şəhərindəki 23 saylı orta məktəbi müvəffəqiyyətlə bitirib. 1953–1958-ci illərdə Azərbaycan Dövlət Universitetinin (ADU — indiki Bakı Dövlət Universitetinin) filologiya fakültəsində oxumuş və oranı fərqlənmə diplomu ilə bitirib. ADU-da təhsil aldığı illərdə ən fəal tələbələrdən olmuş E.Qafarova 1955–1958-ci illərdə universitetin komsomol komitəsinin katibi vəzifəsində çalışmışdır. 1958-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının sıralarına qəbul edilmişdir. 1958–1961-ci illərdə ADU-nun aspiranturasında oxumuş, namizədlik dissertasiyasını müdafiə edərək, "filologiya elmləri namizədi" elmi dərəcəsini alıb.

 

1 mart Azərbaycanın tanınmış xalq rəssamı Kamil Əliyevin xatirə günüdür:

 

O, 11 yaşında (1932) Bakı Rəssamlıq Məktəbini bitirdikdən sonra Azərxalça Birliyində xalçaçı-rəssam olaraq fəaliyyət göstərib.

 

İkinci Dünya Müharibəsindən qayıtdıqdan sonra öz sevimli peşəsinə davam edib. Kamil Əliyev bir müddət Azərbaycan Bədii Fondu, sonralarsa Bakı Zərgərlik Fabrikində rəhbər olaraq çalışıb.

 

Yaradıcılığında süjetli və portret xalçaların əsas yer tutduğu rəssamın əsərləri Paris, London, Tokio, Dehli, Ankara, Tehran, Moskva və dünyanın şəhərlərinin muzey və qalereyalarında nümayiş etdirilib. (1921-2005)

 

 

1 mart 1992-ci ildə Azərbaycan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının üzvlüyünə qəbul edilib:

 

ATƏT dünyanın ən böyük təhlükəsizlik yönümlü hökumətlərarası təşkilatdır.