Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-16 16:23:30
AzMİU 200-ə yaxın müəssisə ilə əməkdaşlıq edir

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) tələbələrin təcrübə keçməsi üçün 200-ə yaxın müəssisə və təşkilatla əməkdaşlıq edir. Bu qurumlardan 29-u 2023/2024-cü tədris ilində əməkdaşlığa cəlb edilib. 

 

AzEdu.az xəbər verir ki, 2023/2024-cü tədris ilində bu qurumlara bakalavriat səviyyəsi üzrə 1451, magistratura səviyyəsi üzrə isə 441 olmaqla, ümumilikdə 1892 tələbə göndərilib.  

 

Bunlardan 568 tələbə təcrübəyə öz müraciəti əsasında seçdiyi müəssisəyə göndərilib. 

 

Qeyd edək ki, tələbələrin təcrübə keçmək üçün müəssisə seçmək hüququ var, lakin həmin müəssisə təcrübə üçün tələb edilən elmi, texnoloji və idarəetmə şərtlərini ödəməlidir.