Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-14 12:19:00
Magistraturaya ixtisas seçiminə kimlər buraxılacaq? - ŞƏRTLƏR 

Artıq magistratura üzrə I cəhd qəbul imtahanın nəticələri elan oldu. Birinci cəhddə iştirak edən, yaxud etməyən bütün bakalavrlar II cəhd qəbul imtahanında iştirak edə bilərlər. İmtahanlar yekunlaşdırdıqdan sonra ixtisas seçimi prosesinə start veriləcək.

 

Bəs, görəsən, kimlər ixtisas seçimində iştirak edə bilməzlər?

 

AzEdu.az Təhsil Portalı olaraq mövzu ilə əlaqədar araşdırma apardıq.

 

Təhsil ixtisasları qrupu, texniki və texnoloji ixtisaslar qrupu, səhiyyə, rifah və xidmət ixtisasları qrupu (Bədən tərbiyəsi və idman ixtisasından başqa) üzrə imtahan verən bakalavrlar ixtisas seçimi üzrə müsabiqədə iştirak etmək üçün minumum 40 bal olmaqla, ümumi intellekt səviyyəsi (məntiqi təfəkkür) üzrə minumum 15, informatika və xarici dil fənninin hər birindən minumum 5 bal;

 

Humanitar və sosial ixtisaslar qrupu üzrə ixtisas seçimində iştirak etmək istəyən bakalavrlar mimumum 50 bal olmaqla, ümumi intellekt səviyyəsi (məntiqi təfəkkür) üzrə minumum 15, informatika və xarici dil fənninin hər birindən minumum 5 bal;

 

Təbiət ixtisasları, eləcə də iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə tələbələr minumum 45 bal olmaqla, ümumi intellekt səviyyəsi (məntiqi təfəkkür) üzrə minumum 15, informatika və xarici dil fənninin hər birindən minumum 5 bal;

 

Mədəniyyət və incəsənət ixtisasları qrupu, kənd təsərrüfatı ixtisasları qrupu, xüsusi təyinatlı ixtisaslar qrupu, bədən tərbiyəsi və idman ixtisası üzrə minumum 30 bal olmaqla, ümumi intellekt səviyyəsi (məntiqi təfəkkür) üzrə minumum 15, informatika və xarici dil fənninin hər birindən minumum 5 bal toplaya bilməyən bakalavrlar ixtisas seçimində iştirak edə bilməzlər.

 

Qeyd edək ki, həmçinin, Tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmaların dövlət sifarişi üzrə ayrılmış yerlərini seçmək üçün bakalavrın qəbul imtahanında ingilis (alman) dilindən topladığı bal 20-dən, ödənişli yerlərini seçmək üçün isə ─ 15- dən az olmamalıdır.