Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-14 09:48:00
Məktəbli qızların dərsə makiyajla gəlməsi psixoloji PROBLEMDİR

Bəzən məktəbli qızlar dərsə makiyaj edib, saçlarını rənglədib, daha çox xarici görünüşə önəm verərək gedirlər. Bu hal əvvəlki illərə nisbətən daha çox nəzərə çarpır.

 

Məktəblilərin öz xarici görünüşlərini dəyişmək istəmələrinin psixoloji səbəbləri nələrdir? Valideynlər övladlarının bu kimi istəklərinə necə münasibət bildirməlidirlər?

 

Azərbaycan Psixologiya Akademiyasının (APAK) psixoloqu Ləman Mustafayeva AzEdu.az-a mövzu ilə bağlı açıqlama verib.

 

Açıklama yok.

Psixoloq bildirib ki, yaxşı oxuyan, çalışan, məqsədi olan, daxilən xoşbəxt, ailə sevgisi, qayğısı, diqqət görən uşaqlar saçlarını fərqli rənglərə boyamırlar, makiyaj etmirlər və pirsinqə həvəsləri olmur:

 

“İndiki məktəblilər saçlarını daha açıq rəngə boyayıb,  makiyaj edirlər, yeniyetmələr pirsinq taxmağa başlayıb. Pirsinqi artıq oğlanlar da qullaqlarına, burnuna və qaşlarına taxırlar. Əvvəlki illərdə də belə hallar müşahidə olunub, amma  buna nadir ailələr icazə verərdilər. Lakin indi müasir ailələr bunu normal qəbul edərək övladlarına izacə verirlər.

İllərdir uşaqlarla işləyirəm və heç vaxt fərqli fikirdə olmayacağam. Daxilən xoşbəxt, firavan  uşaqlar saç rəngi ilə ruhlarını fəryad etməyəcəklər. Saçları nə qədər parlaqdırsa, bu uşağın ruhu bir o qədər ağrılıdır. Onunla daha incə ünsiyyət qurmaq, daha az təzyiq etmək lazımdır. Yəni başa düşmək lazımdır ki, “niyə övladımız  fərqlənmək istəyir?”

 

L.Mustafayeva qeyd edib ki, analar övladları ilə dost olmalıdırlar:

“Analar övladlarının daxili aləmlərini aşkar etməli, yaxud da  psixoloqa müraciət edərək bu halları aradan qaldırmalıdırlar.

Əsasən məktəblilər fərqli görünməkləri ilə özlərini cəlb edərək ana ilə münaqişə, ünsiyyət qura bilməməsi, ananın övladı ilə daha az zaman keçirməsi və ya başqalarını üstün tutmasından irəli gəlir. “Digər  uşaqlara bax, necə oxuyur, necə tərbiyəlidir”,- deyərək övladlarını görməzdən gəlirlər”.