Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-14 09:00:00
“Tarixdə bu gün” - 14 fevralda...

Tarixən maraqlı kəşflər, rəngarəng, ictimai əhəmiyyətli hadisələr, bayramlar yaranır. Bəzi günlər var ki, bir yox, bir neçə əhəmiyyətli hadisə o günə təsadüf edir. 

 

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikası ilə hər günün tarixindəki əhəmiyyətli hadisələrə qısa nəzər keçirir.

 

14 fevral tarixində baş vermiş o, hadisələri təqdim edirik.

 

14 fevral Beynəlxalq Kitab Bağışlama Günüdür:

 

 

Dünya əhalisi 14 fevralı  Beynəlxalq Kitab Bağışlama Günü kimi qeyd edir. Uşaqlarda ömür boyu oxumağa sevgi aşılamaq və ehtiyacı olan uşaqların kitab əldə etməsini təmin etmək üçün çalışan Kitab Bağışlama Günü könüllüləri dəyərli kitablarını gənc oxucularla bölüşməyə çağırır.

 

14 fevral Azərbaycanın Hərbi Hava Qüvvələri Günüdür:

 

 

Bu gün Hərbi Hava Qüvvələri günüdür

 14 fevral 1992-ci ildə Milli Ordunun Hərbi Hava Qüvvələri ayrıca bölmə kimi təsis olunub və həmin vaxtdan 14 fevral - Azərbaycanın Hərbi Hava Qüvvələri Günü kimi qeyd olunur. 

 

Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub. O, Birinci dünya müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib və indiki Belarus ərazisində gedən döyüşlərdən birində həlak olub.

 

14 fevralda Azərbaycanın 1501 hərbçisi şəhid olub:

 

Fotoğraf açıklaması yok.

14 fevral 1994-cü ildə Murov dağı ətrafında rus-erməni işğalçı terroristləri ilə ağır döyüşlərdə Azərbaycan Milli Ordusunun 1501 hərbçisi şəhid oldu. Şəhid olanların bir neçə yüz nəfəri həmin şaxtalı gecə mühasirədə soyuqdan donaraq həlak oldular.

 

14 Fevral Sevgililər Günüdür:

 Restoranlarda “Sevgililər günü” kampaniyası – QİYMƏTLƏR | FED.az

Bu günün tarixi Roma Katolik Kilsəsi dövrünə aiddir. Valentin adlı bir keşiş romalı əsgərlərin evlənməsinin yasaq olduğu dövrdə onların evlənmələrinə yardım edir və bununla qızları da gizlicə ərə vermiş sayılır. Buna görə 496-cı ilin 14 fevralında Roma Papası Gelasius Valentinin edamına qərar verir.

 

Digər tərəfdən, 1381-ci il tarixli “Parlament of Foules” adlı kitaba görə, Fransa və İngiltərədə 14 fevral ənənəvi olaraq quşların cütləşmə günü sayılırdı. Bu gün sevgililər bir-birilərinə xoş sözlər deyir, yazır və məktublarını “Valentin” xitabı ilə ünvanlayırdılar.

 

1876-cı il fevralın 14-də ilk telefon aparatının ixtirasını patentləşdirilib:

 

Şotlandiyalı Aleksandr Qraham Bell ixtirası üçün patenti 14 fevralda alıb.

1876-cı il martın 10-da ilk telefon danışığı baş tutub. Bell iş otağında olarkən mayeni öz üstünə dağıdır və telefonla qonşu otaqda işləyən həmkarına müraciət edərək: "Mister Uotson, buraya gelə bilərsinizmi? Siz mənə lazımsınız" deyir. 

 

Azərbaycanda telefon rabitəsi bundan az sonra - 19-cu əsrin 80-ci illərinin əvvəllərində qurulub. 1911-ci ildə isə Bakı-Tiflis telefon rabitəsi xətti işə düşüb.

 

1946-cı ilin fevralın 14-də ilk kompüter ENİAC tanıdılıb:

 undefined

 II Dünya Müharibəsi zamanı Amerika alimləri tərəfindən ixtira edilən ENİAC təxminən 167 m² bir sahəyə sığırdı və ağırlığı 30 ton idi.

Uzun mənzilli top və raketlərin hesablamalarında istifadə edilmək üçün 4 ilə yaradılan ENİAC müharibə bitdikdən sonra başqa elmi işlərdə istifadə olunmağa başlanıldı. ENİAC-ın hissələri hal-hazırda Vaşinqtondakı Amerika Milli Muzeyində nümayiş etdirilir.

 

1956-cı il fevralın 14-də İlk dəfə Azərbaycan televiziyası yayımlanıb:

 14 fevral - Azərbaycanda televiziyanın yarandığı gün...

Aktrisa Nəcibə Məlikova “Göstərir Bakı” deyərək tamaşaçıları salamlayıb. Bundan sonra “Bəxtiyar” bədii filmi nümayiş etdirilib. Beləliklə, Azərbaycanda televiziya müntəzəm yayıma başlayıb.  

 

14 fevral 2011-ci ildə Mədəniyyət TV təsis edilib:

 

 undefined

"Mədəniyyət" kanalının əsas məqsədlərindən biri Azərbaycan mədəniyyətinin dəyərlərini dünyaya çatdırmaq, həmçinin dünya mədəniyyət incilərini Azərbaycanda təbliğ etməkdir. "Mədəniyyət" kanalı ölkədə təşkil olunan mədəniyyət tədbirləri ilə bağlı bütün layihələrin də ekskluziv yayım hüququna malikdir.