Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-11 09:00:00
“Tarixdə bu gün” - 11 fevral nə ilə yadda qalıb?

Bəzi hadisələr, eləcə də tarixi şəxsiyyətlərin doğumu, ölümü, kəşflər, uğurlar, peşə bayramları və s. eyni günə təsadüf edə bilər.


Bu hadisələr həmin günün digər günlərə nəzərən daha əhəmiyyətli tarixə malik olmasına səbəb olur.

 

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikası ilə hər günün tarixindəki əhəmiyyətli hadisələrə qısa nəzər keçirir.

 

11 fevral tarixində baş vermiş o, hadisələri təqdim edirik.

 

11 fevral  vergi xidməti işçilərinin peşə bayramıdır:

 

Azərbaycanda vergi işçilərinin peşə bayramı günü hər il 11 fevral tarixində keçirilir. Bayram Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə 2005-ci ildən keçirilir. 2000-ci il fevralın 11-də Azərbaycan Respublikasının Vergilər Nazirliyi yaradılmışdır, buna görə də bayram məhz bu günə salınmışdır.

 

11 fevral Ümumdünya Xəstələr Günüdür:

 

Ümumdünya Xəstələr Günü 1992-ci ildə Roma Papası II İohann Pavelin təşəbbüsü ilə təsis edilib. Papaya 1991-ci ildə parkinson xəstəliyi diaqnozu qoyulub. Diaqnoz qoyulandan sonra o, Xəstələr Gününün qeyd edilməsi təşəbbüsünü irəli sürüb.

Ümumdünya Xəstələr Gününün qeyd olunmasında əsas məqsəd xəstələrin ağrı və iztirablarını yüngülləşdirmək və ictimaiyyətin diqqətini onlara göstərilən xidmətin səviyyəsini yüksəltməyə yönəltməkdir.

 

7 fevral 1950-ci ildə Azərbaycan pianoçusu, pedaqoq Cahangir Qarayev anadan olub:

 

O, ilk musiqi təhsilini 1957–1968-ci illərdə Bülbül adına Orta-İxtisas Musiqi Məktəbində Lidiya Lvovna Filatovanın fortepiano sinfində alıb. 1968–1973-cü illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında pianoçu-pedaqoq, professor Mayor Brennerin fortepiano sinfində təhsilini davam etdirib.

 

1973–1975-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında aspiranturada professor Rauf Atakişiyevin sinfində oxumuş, eyni zamanda konservatoriyanın Fortepiano ixtisası kafedrasında pedaqoji fəaliyyətə başlamışdır.

 

C.Qarayev hələ konservatoriyada təhsil aldığı illərdə bəstəkar yaradıcılığına başlayıb. O, "Fortepiano üçün sonata", 12 prelüddən ibarət "Anlar və impulslar", "Neqativlər" adlı fortepiano pyesləri silsilələrinin, prelüdlərin, caz kompozisiyalarının, habelə bir sıra xalq mahnılarına aranjimanların müəllifidir.

 

Qeyd edək ki, o, Bəstəkar Qara Qarayevin qardaşı oğludur.

 

 

11 fevral 1965-ci ildə Türkiyə tarixində yeganə  Dünya Mətbuat Uğur Mükafatını “Yeni Adana” qəzeti qazanır:

 

Amerika Mətbuat Birliyi Fondu “Amerika və Kanada xaricində dərc olunan qəzetlər üçün” müəyyən etdikləri Dünya Mətbuat Uğur Mükafatını 1965-ci ilin bu günü Türkiyədən “Yeni Adana” qəzetinə verir. Qəzet bu mükafatı qazanan ilk və tək Türkiyə qəzeti olaraq tarixə düşür.

 

11 fevral 1980-ci ildə Azərbaycan şairi Əliağa Kürçaylı vəfat edib:

 

O, məktəbin 9-cu sinfindən təhsilini yarımçıq qoyub 1944–1946-cı illərdə Zaqafqaziya Dəmir Yolu İdarəsinin Salyan şöbəsində mühasib işləməyə başlayır. Bakı Dəmir Yolu Texnikumunda birillik mühasiblər kursunda oxuduqdan sonra baş mühasib olmuş, Salyan Dram Teatrında eyni vəzifəyə dəyişilmişdir (1946–1947). Bu dövrdə onda poeziyaya güclü maraq oyanır. "Sənin gözlərin" adlı ilk şeiri ilə ("Azərbaycan gəncləri", 1946) ədəbiyyata gəlişi uğurlu olmuş, mərkəzi və respublika dövri mətbuatda müntəzəm çıxış edib.

 

Bakıda fəhlə gənclər orta məktəbinin son sinfini bitirib ADU-nun Filologiya fakültəsinə daxil olur. Onu M. Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərmişlər, ab-havası düşmədiyindən geri qayıdıb universitetdə təhsili davam etdirmişdir (1949–1954), eyni zamanda "Kommunist" qəzeti redaksiyasında ədəbi işçi, "Ədəbiyyat və incəsənət" qəzetində şöbə müdiri (1953–1955) işləyib.


"Azərbaycan gəncləri" qəzeti redaksiyasında şöbə müdiri (1959–1965), "Azərbaycan" jurnalı redaksiyasında məsul katib, Azərbaycan Yazıçılar İttifaqı nəşriyyat şöbəsinin rəisi (1965–1966), "Literaturnıy Azerbaydjan" jurnalı redaksiyasında məsul katib, Azərbaycan Dövlət Nəşriyyatında redaktor (1966–1967) işləmiş, sonra bir müddət yaradıcılıq fəaliyyəti ilə məşğul olmuş, Azərbaycan Yazıçılar İttifaqında dramaturgiya bölməsinə rəhbərlik etmiş (1975), "Yazıçı" nəşriyyatında (1978-ci ilin mayından ömrünün axırınadək) baş redaktor olmuşdur.