Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-06 16:14:24
BMU-da elmi məqalələr ilə bağlı təlim...

Bakı Mühəndislik Universitetində (BMU) akademik heyət və universitet əməkdaşları üçün maarifləndirmə və məlumatlandırma xarakterli növbəti təlimlərə start verilib.

 

AzEdu.az xəbər verir ki, bu qəbildən olan ilk təlim “Elmi məqaləni necə yazmalı? Məqalənin strukturu və akademik yazı qaydaları” mövzusuna həsr olunub.

 

BMU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov elmi məqalə tərtibatında maarifləndirmənin rolu, belə təlimlərin xüsusən elmə həvəs göstərən əməkdaşlar və gənc alimlər üçün əhəmiyyətini vurğulayıb. Eyni zamanda elmi məqaləyə qarşı əsas tələblərə riayət olunmasının vacibliyindən söz açıb.

 

Tədbirdə o da qeyd olunub ki, təlim “Akademik heyətin elmi tədqiqat potensialının qiymətləndirilməsi” sorğusu zamanı əməkdaşların istəyi nəzərə alınaraq  təşkil olunub.

 

Sonra mövzu üzrə geniş təqdimatla çıxış edən təlimçi İlkin Qasımov iştirakçılara akademik yazı üslubu, elmi məqalənin yazılma metodikası, strukturu, tədqiqat mövzusunun seçilməsi, istinad və faktlara əsaslanmaq, intellektual mülkiyyət və s. bu kimi məsələlər barədə ətraflı məlumat verib.

 

Auditoriya ilə interaktiv şəkildə gerçəkləşdirilən təlimdə iştirakçıların sualları cavablandırılıb.

 

Sonda təlimçiyə təşəkkür sertifikatı təqdim olunub.