Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-22 14:16:00
Peşə məktəblərində ən çox bu ixtisasları öyrənənlər var – aşpaz, dərzi...

Oktyabrın 22-də Mingəçevir “ASAN Peşə” Təhsil Mərkəzində media nümayəndələri üçün “Azərbaycan Respublikasında peşə təhsili: islahatlar və perspektivlər” mövzusunda seminar keçirilib.

AzEdu.az xəbər verir ki, seminar çərçivəsində “ASAN Peşə” layihəsinin həyata keçirdiyi 2016-2018 tədris ilində tələbə qəbulundakı keyfiyyət göstəriciləri təqdim olunub.

Məlumatda bildirilib ki, 2016/2017-ci illərdə orta attestat balı “5” olanlar 10, 2017/2018 üzrə 62,  2018/2019-cu tədris ili üzrə isə 72 nəfərdir.

Balı “5” olanlar 2016/2017-ci tədris ilinə nisbətən 16% artıb.

Orta attestat balı “4” –dən yuxarı olanlar 2016/2017-ci illər üzrə 734, 2017/2018  2098 nəfər, 2018/2019 üzrə isə 2451 nəfərdir.

Balı “4”-dən yuxarı olanlar isə 2016/2017-ci tədris ilinə görə, 17 % artıb.

Seminarda həmçinin, 2017/2018 və 2018/2019-cu tədris ilində faktiki qəbulun ixtisaslar üzrə reytinqini açıqlayıb.

AzEdu.az 2018/2019-cu tədris ilində ən çox qəbul olan ixtisasları təqdim edir:

Aşpaz;

Dərzi;

Elektrik qaz qaynaqçısı;

Geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər;

Xalçaçı;

Elektrik avadanlqılarına xidmət və təmir üzrə elektrik montyoru;

Tikiş avadanlıqlarının operatoru,tikişçi;

Bitkiçilik mütəxəssisi.