Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-21 16:46:00
Uşaqlar hekayələri insanlardan eşitməlidirlər, ekranlardan yox!

3-5 yaşlı uşaqların hekayə dinləyərkən beyinlərinin fəaliyyəti müşahidə edilib.

Araşdırmalar müəyyən edib ki, uşaqların beyin fəaliyyəti evdə nə qədər kitab oxumasından asılıdır. Evdə daha çox kitab oxunduğunu deyən valideynlərin uşaqlarında, beynin sol yarımkürəsində aktivliyin daha çox olduğu müşahidə edilib. Yaşca böyük uşaqlar özləri kitab oxuyanda, kiçik uşaqlarda isə hekayələrə qulaq asanda bu bölgə aktivləşir. Şəkilləri görmədən hekayə dinləyən uşaqlarda da görüntü ilə bağlı bölgədə aktivlik müşahidə edilib. Bu, tətqiqatçıları təəccübləndirib.

Beyin fəaliyyətlərindəki fərqli səviyyələr, şəkilli kitablara baxıb hekayələr dinlədikcə, bu uşaqların gələcəkdəki bacarıqlarında inkişafa zəmin yaranır. Amma uşaqların hekayələri ekranlardan yox, insanlardan eşitməyə ehtiyacları var. Aparılan araşdırmalara görə, hər uşaq müəyyən yaşına kimi fərqli miqdarda kəlmə eşidir və öyrənir.  Kitab oxuyan uşaqların daha çox kəlmə eşidir və öyrəndiyini nəzərə alsaq, deyə bilərik ki, bu, onların gələcəkdə nitqlərinin düzgün formalaşmasına təsir edir.