Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-21 10:30:00
“Xeyr, istəmirəm, lazım deyil” deyən uşaqla elə davranın ki... – Psixoloq məsləhətləri

Müasir dövrdə valideynlər uşaqların inadkarlığından tez-tez şikayət edirlər. Bəs onlarla necə davranmaq lazımdır?

Psixoloq Vəfa Əkbərin sözlərinə görə, "xeyr", “lazım deyil”, "istəmirəm" deyən uşaqla dirəşmək, onu cəza ilə qorxutmaq, kimin dediyi olacaq deyə yarışa girmək olmaz: “Bəzən uşaq məhəbbətinizi, səbrinizi, onu nə qədər sevdiyinizi bilmək üçün "yox" deyib inad edə bilər. Əgər qəzəblənib üstünə qışqırsanız "mən haqlıyam, məni sevmirlər" deyə düşünər”.

Psixoloq deyib ki, uşaq inad edərsə, bunun səbəbini soruşun: “Göstərilən səbəbin nə qədər gülməli və əsassız olmasına baxmayaraq, səbirlə onu dinləyin. Özünüzü uşağın yerinə qoyun. Narahatlıq və qorxularını anlamağa çalışın. Ona səbirlə, əsəbləşmədən qulaq asdığınızı görəndə uşaq duyğularını ifadə etməyi öyrənir.

İstəklərinin yerinə yetirilmədiyini görəndə o, daha da inad göstərə bilər. Anasından, atasından inciyən uşaq intiqam hissi ilə də inadkar ola bilər. Eyni zamanda, uşağı qardaş-bacısıyla müqayisə edərək qısqanclığa səbəb olmayın”.

Psixoloq deyib ki, inadına çox əhəmiyyət verilən uşaq ondan bir silah kimi də istifadə edə bilər.

Vəfa Əkbərin sözlərinə görə, uşağa nə söylədiyiniz yox, necə söylədiyiniz önəmlidir: “Onun inad etməsini istəmirsinizsə, anidən əmr verməyin, öncədən onu hazırlaşdırın”.(teleqraf.com)