Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-26 10:23:15
Azərbaycan ali təhsil məkanında ilk dəfə olaraq IBM Mərkəzi açılacaq

2024-cü ilin yanvar ayının ortalarında Naxçıvan Dövlət Universitetində (NDU) Azərbaycan ali təhsil məkanında ilk dəfə olaraq IBM Mərkəzi açılacaq.

 

AzEdu.az xəbər verir ki, bunu NDU-nun rektoru Elbrus İsayev açıqlamasında bildirib.

 

O qeyd edib ki, IBM Mərkəzi universitetin daxilində institut formasında fəaliyyət göstərəcək.

 

Məqsəd universitet vasitəsilə beynəlxalq proqramlaşdırma təlimlərinə cəlb olunan tələbələrə, müəllimlərə, aidiyyəti və digər dövlət strukturlarında çalışan şəxslərə beynəlxalq sertifikatlar verməkdir. Artıq bunun üçün ayrıca ofis də hazırlanıb.