Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-20 10:18:16
DİM- də şəxsi kabinet necə yaradılır? - İZAH
Dövlət İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərindən faydalanmaq istəyən hər bir istifadəçinin (abituriyentin, bakalavrın, namizədin) elektron şəxsi kabineti olmalıdır. Şəxsi kabinet bir dəfə yaradılır və daim istifadə edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin şəxsi kabinetində öz əksini tapır.
 
Bəs şəxsi kabineti necə yaratmaq olar?
 
 
DİM-dən AzEdu.az-a bildirilib ki, şəxsi kabinet yaratmaq üçün ekabinet.dim.gov.az internet saytının qeydiyyat bölməsinə daxil olmaq lazımdır.
 
"Açılan səhifədə şəxsiyyəti təsdiq edən sənədin seriyası siyahıdan seçilir (yeni nəsil şəxsiyyət vəsiqəsi ilə şəxsi kabinet yaratmaq üçün istifadəçi şəxsiyyətini təsdiq edən sənədin seriyası yerinə − işarəsini seçməli və sənədin nömrəsi yerinə nömrə ilə yanaşı AA hərflərini də yazmalıdır), sənədin nömrəsi və FİN kodu müvafiq sahələrə daxil edilib "Şəxsi kabinet yarat" düyməsi basılır. Qeyd olunan məlumatlar düzgün daxil edilibsə, istifadəçinin ekranında onun soyadı, adı, atasının adı və digər məlumatları əks olunur. Bundan sonra müvafiq əlaqə məlumatları qeyd olunur və şəxsi kabinetə giriş üçün parol təyin olunur. Daha sonra qeyd olunan nömrəyə smslə göndərilən kod müvafiq sahəyə daxil olunur və kabinet yaradılır. Şəxsi kabinetə giriş üçün istifadəçi adı, yəni şəxsiyyət vəsiqəsinin FİN kodu və təyin olunmuş parol istifadə edilir. Parolu unutmayın və onu kənar şəxslərə verməyin",- deyə mərkəzdən bildirilib.