Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-19 12:00:00
Magistratura imtahanlarına “listening”əlavə olunur? -  DİM-dən açıqlama

2019-cu ildə keçiriləcək buraxılış imtahanlarına xarici dil fənni üzrə “listening” – dinləmə mətni əlavə olunub. Bu fəndən şagirdə təqdim olunacaq 15 saulın 6-sı dinləmə mətni əsasında tərtib olunacaq.

Sosial şəbəkələrdə yayılan məlumata görə,  magistratura imtahanlarına da xarici dil üzrə dinləmə mətni əlavə olunacaq. Hətta müəllimlər iddia edir ki, DİM-in təşkil etdiyi seminarlarda, 8 sualın məhz “listening” üzrə tərtib olunacağı bildirilib.

Məlumatı dəqiqləşdirmək üçün Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxladıq. DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə AzEdu.az-a açıqlamasında belə məlumatın olmadığını bildirib:

“Bu məlumatı ilk dəfədir, eşidirəm. Məndə belə bir informasiya yoxdur. Hər hansı yenilik tətbiq olunsa, ictimaiyyətə məlumat veriləcək”.

AzEdu.az məsələni diqqətdə saxlayacaq və  yenilik olduğu təqdirdə məlumat saytda yerləşdiriləcək.

Xatırladaq ki, 2019-cu ildəki buraxılış imtahanlarında olan fənlər indiki buraxılış imtahanlarında olan fənlər olacaq - Ana dili, riyaziyyat və xarici dil. Amma buraxılış imtahanının formatı bu il 9-cu sinif buraxılış imtahanındakı birinci mərhələdəki kimi olacaq. 2019-cu ildə buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənəcək və bununla da ümumi nəticə əldə olunması nəzərdə tutulub. Məsələn, buraxılış imtahanında toplanan bal 300-dürsə, o bal qəbul imtahanında olan nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları