Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-15 13:00:04
Uşaq bağçasında yanğın olub - 25 nəfər təxliyə olunub

Beyləqan şəhərində ikimərtəbəli uşaq bağçasında yanğın olub.

 

Bu barədə AzEdu.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, Beyləqan şəhərində ümumi sahəsi 1000 m² (hər mərtəbəsi 500 m²) olan ikimərtəbəli uşaq bağçasının 2-ci mərtəbəsinin dəhlizində quraşdırılan elektrik lövhəsi və 4 p.m elektrik kabeli yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 25 nəfər (17-si uşaq olmaqla) təhlükəsiz əraziyə təxliyə olunub.

 

Bağça yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.