Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-15 12:05:00
İmtahan nəticələri niyə gec açıqlanır ? - DİM sədri aydınlıq GƏTİRDİ

"Ali məktəbə qəbul imtahanlarının nəticələrinin gec açıqlanması, marker müəllimlərin az olması ilə əlaqədardır".

 

AzEdu.az xəbər verir ki, bu sözləri  Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI qurultayının açılış mərasimində çıxışı zamanı deyib.

 

O bildirib ki, markerlərin sayı az olduğu üçün buraxılış imtahanlarının cavabları ictimaiyyətə gec açıqlanır.

 

"Açıq, eləcə də, yazılı sualların yoxlanılması prosesini sürətləndirmək üçün marker müəllimlərə ehtiyacımız var. Tək markerlərə yox, eyni zamanda,  test nümunələri tərtib edən ekspertlər bizə müraciət edə bilər".