Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-10 16:25:00
Türkiyədə “Heydər Əliyev 100-cü il” şahmat turniri start götürüb

Türkiyədə keçirilən “Heydər Əliyev 100-cü il” tədbirləri çərçivəsində Əskişəhər vilayətində şahmat turniri təşkil olunub. Müsabiqə Türkiyənin müxtəlif şəhərlərində təhsil alan azərbaycanlı tələbələr arasında keçirilir.

 

 

AzEdu.az xəbər verir ki, turnir Azərbaycan Respublikası Diaspora İş üzrə Dövlət Komitəsinin dəstəyi, Əskişəhər Azərbaycanlılar Dərnəyi və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının əməkdaşlığı ilə baş tutub.

 

 

Müsabiqənin Əskişəhər Anadolu Universitetində təşkil olunan açılış mərasimində çıxış edən Diaspora İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və siyasi fəaliyyəti haqqında danışıb, iştirakçılara uğurlar arzulayıb.

 

 

Sonra qrup mərhələsi oyunlarına start verilib.