Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-07 16:56:39
AzTU ilə Cizzak Politexnik İnstitutu arasında əməkdaşlıq olub

Özbəkistanın Cizzak Politexnik İnstitutunun beynəlxalq əlaqələr üzrə prorektoru Camşid Abdunazarov Azərbaycana səfəri çərçivəsində AzTU-nun qonağı olub.

 

AzEdu.az xəbər verir ki, qonaq AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüb. Rektor Vilayət Vəliyev AzTU-nun beynəlmiləlləşməsi istiqamətində müxtəlif ölkələr, o cümlədən Özbəkistanın texniki ali təhsil müəssisələri ilə əməkdaşlıq etməsinin əhəmiyyətini vurğulayıb.

 

Camşid Abdunazarov təmsil etdiyi ali təhsil müəssisəsində görülən işlər haqqında geniş məlumat verib.

 

Görüşün sonunda hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.