Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-07 12:35:57
AZMİU-da TEC-in görüşləri davam edir  

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Elmi Cəmiyyətinin (TEC) Nəqliyyat fakültəsinin tələbələri ilə görüşü keçirilib.

 

AzEdu.az xəbər verir ki, görüşdə Nəqliyyat fakültəsinin dekanı Elçin Yusifzadə, dekan müavinləri Könül Məcnunlu, Etibar Quliyev və TEC-in sədri Günel İmamquliyeva iştirak ediblər. 

 

Günel İmamquliyeva TEC-in üstünlükləri, vəzifələri, fəaliyyəti, gördüyü işlər barədə geniş təqdimatla çıxış edib və tələbələrə cəmiyyətə üzv olmaq, istedad və bacarıqlarını elmi istiqamətdə inkişaf etdirmək tövsiyə olunub.