Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-07 09:37:25
Bağça müəllimlərinin işə qəbulu üzrə vakansiya seçimi başlayır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsahibələr təşkil ediləcək.

 

Bu barədə AzEdu.az -a BŞTİ-dən məlumat verilib.

 

 

Bildirilib ki, məktəbəqədər təhsil müəssisələrində vakant olan tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə 2023-cü il noyabrın 16-da müsabiqədə iştirak etmiş şəxslər dekabrın 12-si saat 23:59-a qədər BŞTİ-nin saytındakı linkə daxil olaraq vakant yerlərdən birini seçməklə qeydiyyatdan keçə bilərlər.