Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-07 09:09:00
Zəlzələyə qarşı necə hazırlıqlı olaq? – zəruri qidalar, çanta...

Xəbər verdiyimiz kimi, Xəzər dənizində güclü zəlzələ baş verib.Belə ki, 7 dekabr, yerli vaxtla saat 08:16 -da yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.

 

Baş verən təbii fəlakət bir çox insanda narahtılağa səbəb olub və təkrar olma ehtimalı da onları qorxudur.Əlbəttə ehtiyatı əldən verməmək hər zaman vacibdir. Xüsusilə fövqəladə şəkildə baş verən fəlakətlərə mümkün qədər hazır olmaq üçün. Bu sırada zəlzələ çantasının hazırlanma qaydasını bilmək xüsusilə həyati əhəmiyyət daşıyır.

 

“Zəlzələ dəsti” insanlara kömək gələnə qədər zəlzələdən sonra sağ qalmağa imkan verən kritik bir zəlzələ tədbiridir.

 

Bəs zəlzələ çantasında nə olmalıdır?

 

 

QİDA

 

Kalorisi yüksək, tərkibində vitamin və karbohidrat olan, su itkisinin qarşısını alan,    tez xarab olmayan qidalar (Konservlər, quru meyvələr, tahin-bəkməz, meyvə şirəsi və s.).

 

 

SU

 

Hər bir ailə üzvü nəzərə alınmaqla kifayət qədər içməli su götürülməlidir.

 

GEYİM

 

- Alt paltarı

 

- Corab

 

- Yağış paltarı

 

- İqlim şəraitinə uyğun geyimlər

 

 

 

GİGİYENA MATERİALLARI

 

- Sabun və dezinfeksiyaedici maddələr

 

- Diş fırçası və pastası

 

- Nəm salfetlər

 

- Tualet kağızı

 

- Sanitariya dəsti

 

 

VACİB SƏNƏDLƏR, FOTOLARI

 

- Şəxsiyyət vəsiqələri (şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və s.)

 

- Mülkiyyət sənədi, sığorta, lisenziya sənədləri

 

- Diplomlar

 

- Pasport, bank pul kisəsi və s.

 

- Digər (ev heyvanlarının sağlamlıq kartı və s.)

 

DİGƏR MATERİALLAR

 

-İlk yardım dəsti

 

- Yuxu çantası və ya yorğan

 

- Cib bıçağı, fit, kiçik qayçı

 

- Kağız, qələm

 

- Batareya ilə işləyən radio, fənər və ehtiyat batareyalar (davamlı/uzun ömürlü batareyalar seçilməlidir)

 

BƏS ZƏLZƏLƏ ÇANTASINI NECƏ HAZIRLAMAQ LAZIMDIR?

 

Zəlzələ torbası hazırlamaq qədər "zəlzələ çantası necə olmalıdır?" sualının cavabı da son dərəcə kritikdir. İndi isə zəlzələ çantası hazırlayarkən diqqət etməli olduğunuz şeyləri sadalayaq.

 

- Hazırladığınız zəlzələ çantası mümkün qədər yüngül və asanlıqla daşına bilən olmalıdır.

 

- Zəlzələ dəstini asanlıqla çata biləcəyiniz yerdə saxlamaq çox vacibdir. Fövqəladə vəziyyətdə asanlıqla əldə edə bilməyəcəyiniz zəlzələ dəsti məqsədəuyğun deyil.

 

- Zəlzələ dəstini bütün ailəniz üçün deyil, şəxsi ehtiyaclarınıza uyğun hazırlamalısınız. Həmçinin, əgər ev heyvanınız varsa, onun ehtiyaclarını kiçik bir çantaya daxil etməyi unutmamalısınız.

 

- Mövsümi şəraitə uyğun olaraq müəyyən dövrlərdə zəlzələ çantanızı yeniləməyi unutmamalısınız.

 

- Qida və içkilərin son istifadə tarixlərində diqqətli olmalısınız. Yararlılıq müddəti yaxın olan məhsulları istehlak edib yeniləri ilə əvəz edə bilərsiniz.

 

- Evinizdən əlavə iş yerinizdə və avtomobilinizdə zəlzələ çantasının olması faydalıdır.

 

 

Bunu da xüsusi olaraq qeyd edək ki, zəlzələ çantası təhlükə anında yox, daha əvvəl hazırlanmalıdır. Təhlükə xəbərdarlığının olunmağını gözləməyin...