Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-07 09:02:34
DİM Daşkənd şəhərində dəyirmi masa keçirib

5 dekabr 2023-cü il tarixində Daşkənd şəhərində Özbəkistan Dövlət Qulluğunun İnkişafı Agentliyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) və Latviya Respublikasının Maliyyə və Podrat Agentliyinin təşkilatçılığı ilə “Dövlət Qulluğunda İstedadların İnkişafının Təşviqi” mövzusunda dəyirmi masa keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə Özbəkistanla yanaşı digər ölkələrin və beynəlxalq təşkilatların təmsilçiləri də məruzəçi qismində iştirak ediblər. Tədbirdə Dövlət İmtahan Mərkəzinin Psixoloji qiymətləndirmə və diaqnostika şöbəsinin müdiri Pərviz Kazımov da iştirak edib.

 

O, panel müzakirələri zamanı “Dövlət qulluğunda rəhbərlər üçün zəruri xüsusiyyət və səriştələr” adlı təqdimatla çıxış edib və iştirakçıların suallarını cavablandırıb. Tədbir iştirakçıları Azərbaycanda dövlət qulluqçularının qiymətləndirilməsi sahəsində həyata keçirilən yenilikləri maraqla qarşılayıblar.