Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-06 16:55:36
İbtidai sinif dərsliklərinə hansı mövzular daxil edilib?

Biz biologiya, ədəbiyyat, həyat bilgisi, Azərbaycan dili və Azərbaycan tarixi fənlərinə aid dərsliklərə ailə dəyərlərimiz, ailədaxili mədəniyyət, etik normalar, milli-mənəvi, islami əxlaqımız barədə məlumatlandırıcı mətnlər daxil etmişik.

 

AzEdu.az xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi Afət Süleymanova “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfransın panel müzakirəsində söyləyib.

 

Onun sözlərinə görə, ibtidai sinif dərsliklərində “xeyir və şər”, “yaxşı nədir, pis nədir” mövzuları kiçik həcmli illüstrasiyalarla izah olunur, azyaşlılar maarifləndirilir. Bütün bu məlumatlar uşaqların yaş səviyyələri, inkişaf prosesləri nəzərə alınmaqla tərtib edilir. 9-10-11-ci siniflərdə isə reproduktiv sağlamlıqla bağlı fənlər müəyyən edilib, tədris edilir və bunun metodik vəsaiti işlənilir.