Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-05 12:30:00
Şəxsi kabinetin parolunu unutmuş şəxslər nə etməlidir?- DİM

Dövlət İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərindən faydalanmaq istəyən hər bir istifadəçinin (abituriyentin, bakalavrın, namizədin) şəxsi kabineti olmalıdır. Bəzi abituriyentlər qəbul və sınaq imtahanlarında iştirak edə bilmək üçün yaradılan şəxsi kabinetin parolunu itirdiyinə görə problemlə qarşılaşıblar.

AzEdu.az xəbər verir ki, şəxsi kabinet yaratdıqdan sonra onun parolunu unutmuş şəxslər ekabinet.dim.gov.az saytında “Giriş” bölməsinə daxil olub “Parolu unutmuşam” düyməsini sıxmaqla istifadəçi adını (Şəxsiyyət vəsiqəsinin FİN kodunu) və qeydiyyat zamanı daxil etdiyi elektron poçt ünvanını və ya təsdiq olunmuş telefon nömrəsini müvafiq sahələrə daxil edirlər.
 
 
Bundan sonra sistem tərəfindən istifadəçiyə kod göndərilir. İstifadəçi həmin kodu müvafiq sahəyə daxil edib şəxsi kabinetə giriş üçün yeni parol təyin edir. Qeydiyyatdan keçən zaman elektron poçt ünvanı yazmayan və telefon nömrəsini təsdiq etməyən şəxslər isə DİM-ə və ya onun regional bölmələrindən birinə gəlib şəxsiyyət vəsiqəsini təqdim edərək parolu əldə edə bilərlər.