Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-04 15:59:57
Rektor: İspaniyanın aparıcı memarları ilə təcrübə mübadiləmiz olacaq

Bu gün imzalanmış əməkdaşlıq müqaviləsi Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə “F-Holding” şirkəti arasında təhsilin inkişafına istiqamətlənmiş əməkdaşlığı özündə ehtiva edir. Bu müqavilənin həyata keçirilməsi təhsilimizin keyfiyyətinin artırılması üçün əhəmiyyətli olacaq.

 

AzEdu.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında universitetin rektoru professor Gülçöhrə Məmmədova deyib.

 

“Müqavilədə həm istehsalatla əlaqələrin güclənməsi, həm də beynəlxalq əlaqələrin genişlənməsi məsələləri öz əksini tapıb. Çünki “F-Holding”in vasitəsilə bizim İspaniya Memarlıq Məktəbi və bu ölkənin aparıcı memarları ilə görüşlərimiz və təcrübə mübadiləmiz olacaq. Bu isə əlbəttə, memarlıq sahəsində təhsilimizin inkişafına xidmət edəcək”,-deyə G. Məmmədova bildirib.

 

Rektor qeyd edib ki, qarşıda çox böyük vəzifələr dayanır: “İşğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və yenidənqurma işlərində mütəxəssislərimiz də iştirak edir. Biz çalışacağıq ki, ölkəmizə və dövlətimizə layiq gənc mütəxəssislər hazırlayaq”.