Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-04 14:13:00
Növbəti sertifikasiyada dəyişiklik olacaq? – Suallar və tərtibat...

Xəbər verdiyimiz kimi, növbəti il sertifikatlaşdırılmaya cəlb olunacaq fənn müəllimləri açıqlanıb.

 

Belə ki, 2024-cü ildə riyaziyyat və xarici dil fənnlərini tədris edən müəllimlər sertifikasiya prosesindən keçəcək.

 

İlk dəfə sertifikasiyadan keçəcək riyaziyyat və xarici dil müəllimləri bu prosesə necə hazırlaşacaqları barədə müxtəlif suallar ünvanlayır.

 

Bununla bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, sertifikatlaşma prosesinə hazırlaşmaq əslində absurddur:

 

“Bu müsabiqə müəllimin peşəkarlığını yoxlayan prosedurdur. Ona görə də  həmin müəllimlərin hazırda hansı peşəkarlığı səviyyəsində olduğu yoxlanılacaq. Düşünürəm ki, bu il olduğu kimi müvafiq standarlara uyğun suallar tərtib olunacaq. Təhsilverənlərin bilik və bacarıqları ətraflı şəkildə öyrəniləcək”.

 

Ekspert qeyd edib ki, xarici dil müəllimləri sertifikasiyanın müsahibə mərhələsində tədris etdiyi dildə cavab verməlidir:

 

“Onlar üçün sertifikasiyanın tərtibatı bir qədər fərqli olmalıdır. Çünki xarici dil müəllimləri ilə bağlı çox ciddi problemlərimiz var. Müşahidələrimiz onu göstərir ki, bu müəllimlər tədris etdiyi fənn üzrə danışa bilmirlər. Ona görə də sertifikasiyanın müsahibə mərhələsində məhz onların dil bacarıqları yoxlanılmalıdır”.

 

E.Qafarov təklif edib ki, müsahibə mərhələsi xarici dil müəllimləri üçün 15 dəqiqə artırılsın: “Müsahibənin daha səmərəli keçməyi üçün buna ehtiyac var. Lakin Riyaziyyat müəllimləri ilə bağlı elə bir çətinlik yoxdu”, - deyə qeyd edib.