Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-04 09:04:21
MDU-da ustad dərs: Ekspert sistemləri və süni intellekt

2023-cü ilin dekabrın 1-də Mingəçevir Dövlət Universitetində (MDU) Magistratura və Doktorantura Təhsil Mərkəzinin təşkilatçılığı ilə növbəti ustad dərs keçirilib. “Ekspert sistemləri” fənni üzrə təşkil edilən ustad dərsdə universitetin bir qrup akademik heyət üzvü və “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası üzrə təhsil alan magistrantları iştirak ediblər.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, interaktiv şəkildə keçən ustad dərsdə Türkiyənin Karadeniz Texniki Universiteti Texnoloji fakültəsinin Proqram mühəndisliyi bölməsinin rəhbəri professor Hamdi Tolqa Kahraman “Ekspert sistemləri və süni intellekt” mövzusunda təqdimatla çıxış edib və
iştirakçıların suallarını cavablandırıb.

 


Dərsdə, həmçinin “Ekspert sistemləri” fənninin sillabusunun təkmilləşdirilməsi və tədrisinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Ustad dərs iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 


Qeyd edək ki, cari tədris ilindən MDU-da magistratura səviyyəsində tədris olunan
fənlər üzrə tərəfdaş Türkiyə universitetlərinin dəstəyi ilə ustad dərslərə başlanılıb. Əsas
məqsəd universitetdə magistratura təhsilinin məzmununun yenilənməsinə və
keyfiyyətinin yüksəldilməsinə, eləcə də müvafiq ixtisaslar üzrə təhsil alanların və təhsil
verənlərin bilik və bacarıqlarının artırılmasına töhfə verməkdir. Ustad dərslərlə bağlı
təşkilati işlərə Qazi Universitetinin MDU-da fəaliyyət göstərən qonaq professorları
Cemal Yılmaz və Evren Güçer koordinatorluq edirlər.