Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-01 08:46:30
Dekabrın ilk gününün HAVASI

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

 

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən xəbərə görə, havanın temperaturu gecə 9-12° isti, gündüz 13-16° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.

 

Nisbi rütubət 60-70 % olacaq.